MARS
MARTIQUŞU
OBASTAN VİKİ
Andrey Martınov
Andrey Leonidoviç Martınov (rus. Андрей Леонидович Мартынов; 24 oktyabr 1945, İvanovo, SSRİ) — sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın xalq artisti (1994), SSRİ Dövlət Mükafatı laureatı (1975). == Həyatı == Andrey Martınov 24 oktyabr 1945-ci ildə İvanovoda anadan olub. A.Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsil alıb (1970). Moskva Gənc Tamaşaçılar Teatrında (1970-1972), Dram Teatrında (1972-1981), M.Qorki adına Kinostudiyda (1981) çalışıb. SSRİ Dövlət mükafatı laureatı (1975), Rusiyanın xalq artistidir (1994).
Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Karpenko adına Martınov diyarşünaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46 == Tarixi və təsviri == Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd). 2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.
Martın Terexovski
Martın Matveyeviç Terexovski (rus. Марты́н Матве́евич Терехо́вский; 1740, Qadyaç[d] – iyun 1796, Sankt-Peterburq) — XVIII əsrin görkəmli rus həkimi, bioloqu, tibb elmləri doktoru, professor. == Həyatı == Martın Terexovski 1740-cı ildə Poltava yaxınlığındakı Qaydaç şəhərində anadan olub. 1763-cü ildə Kiyev Akademiyasını bitirdikdən sonra Peterburq baş quru hərbi qospitalına daxil olmuş, 1765-ci ildə buranı bitirdikdən sonra həkim təyin olunub. Botanika elminə olan böyük həvəsinə görə onu Peterburqdakı Apteklər adasındakı Botanika bağına işə götürürlər. 1770-ci ilə qədər Martın burada işləyir, sonra öz hesabına tibb təhsilini artırmaq üçün xaricə getməyə icazə alır. Strasburqda dörd il yarım necə yaşadığı və təhsil aldığı məlum deyildi. bir çox məlumatlara əsasən güman etmək olar ki, Martın Terexovski burada çətin bir vəziyyətdə yaşamışdır. Terexovski Strasburq Universietini bitirir və 1775-ci ildə "İnfuzorların təbiəti və əmələ gəlməsi haqqındakı məsələnin eksperimental tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1777-ci ildə Kronşteyn Qospital Məktəbinə müəllim təyin edilir.
Martın qardaşlarının binası
Martın qardaşlarının binası, Qırmızı ev — Rostov-na-Donu şəhəri ərazisində, Bolşaya Sadovnaya küçəsi və Krepesnovo xiyabanında yerləşən bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stildə inşa edilsə də Binanın ilk sahibi İvan Romanoviç Martın olmuşdur. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == İki mərtəbəli qırmızı kərpiçdən inşa edilmiş bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stilində inşa edilsə də, rusqotikası elementləri belə vardır. Binanın künc hissəsində qüllələr vardır. Bınanın ilkin sahibi britaniyalı İvan Romanoviç Martın olmuşdur. Sonrakı mülkiyyətçi isə onun həyat yoldaşı P. İ. Martın olmuşdur.
Martınyaçi adası
Martınyaçi adası (rus. Мартынячий) — Azov dənizində, Yeysk dili ilə Yeysk adası arasında yerləşən ada. Adada yaşayış yoxdur, ancaq çoxlu sayda qağayını müşahidə etmək olur. 7 iyul 2007-ci ildə altı uşaq nəzarətsiz şəkildə Martınyaçi adasından Eysk dili adası üzmək istərkən həlak olmuşdur. Onlarla yanaşı uşaqların müəlimidə həyatını itirmişdir.
Sergey Martınov
Sergey Anatoleviç Martınov (belar. Сяргей Анатольевіч Мартынаў; doğ. 18 may 1968-ci il. Vereya, Moskva vilayəti) — sovet və belarus güllə atıcısı. 2012-ci ildə Olimpiya çempionu və 50 metrlik məsafədən yataraq tüfəng atışında iki qat olimpiya bürünc mükafatçısı (2000 və 2004), dəfələrlə dünya və Avropa çempionu. Müstəqil Belarus tarixində atıcılıq idman növü üzrə ilk olimpiya çempionu. Belarus Respublikasının əməkdar idman ustası (2000) . 15 il ərzində 6 dəfə tüfəngdən 50 metr məsafədən yataraq atışda (1997, 1998, 2000, 2005, 2006, 2012) mütləq dünya rekordunun (600 xal) sahibi. Qızı - Mariya (1997-ci il təvəllüdlü), Belarusiya milli tüfəng atıcılıq komandasının üzvü, dünya çempionatlarının iştirakçısıdır. Brestdə 12 nömrəli orta məktəbdə oxuyub.
Karpenko adına Martınov Rayon Diyarşünaslıq Muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46 == Tarixi və təsviri == Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd). 2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.
Martınov xəzinəsi
Martınov xəzinəsi və ya Martınovski xəzinəsi (ukr. Мартинівський скарб) — 1909-cu ildə Ukraynanın Çerkassı vilayətinin Martınovka kəndində (Dnepr vilayəti) tapılmış 120-yə yaxın gümüşdən ibarət xəzinə. Hazırda xəzinə Kiyev Peçersk Lavrası Tarixi Xəzinələr Muzeyində saxlanılır. Xəzinə eramızın VI—VII əsrlərinə aiddir. Tapıntıların mədəni mənsubiyyəti ilə bağlı bir neçə versiya var. Çox vaxt onlar Anteni təmsil edən Penkovo ​​arxeoloji mədəniyyəti ilə əlaqələndirilir. 20-dən çox belə xəzinə Orta Dnepr bölgəsində və Severski Donetsinin yuxarı axarlarında məlumdur. Marjinal dairələrdə xəzinə gümüş heykəlciklərdə yadplanetlilərin təsvirlərini görən ufoloqlar arasında məşhurdur. == Xəzinənin tərkibi == Xəzinədəki 120-yə yaxın əşya arasında aşağıdakılar diqqəti cəlb edir: dörd "rəqs edən insan" antropomorfik heykəlcikləri, beş zoomorf heykəlcik, üç barmaqlı broş, altı bilərzik, alın tacları, sırğalar, məbəd üzükləri, boyun torku, kəmər lövhələri, astarlar, dəbilqə qulaqcıqları, ucluqlar, pommels kəmərləri, boşqab parçası, iki gümüş kasa, Bizans sənətkarlarının işarələri olan Evxaristiya üçün bir qaşıq. Məhsulların materialı müxtəlif mənşəli 400–900 əyar gümüşdür.

Digər lüğətlərdə