Matureivavao
Matureivavao (fr. Matureivavao) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Akteon atolundan 8 km şimal-qərbdə yerləşir.
Atollun sahəsi 2,5 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 225 km məsafədə yerləşir.
İnzibati baxımından Qambe kommunasına daxildir.
Matureivavao ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir.
2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
"Информация об атолле на Oceandots.com" (ingilis).