Motsartın doğum yeri
Motsartın doğum yeri (Almanː Mozarts Geburtshaus və ya Hagenauerhaus) - Volfqanq Amadey Motsartın doğulduğu yer, Avstriyanın Zalsburq şəhərindəki 9 nömrəli Getreidegasse. Motsart ailəsi 1747-dən 1773-cü ilə qədər burada üçüncü mərtəbədə yaşayırdı. Motsartın özü 1756-cı il yanvarın 27-də burada anadan olmuşdur. Zalsburq Kral Palatasının musiqiçisi olan Leopold Motsartın yeddinci övladı idi.
İndi Motsartın doğulduğu yer, bir muzey kimi turistləri bəstəkarın erkən həyatını, ilk musiqi alətləri, dostları və operaya olan həvəsləri ilə tanış edir. Üçüncü mərtəbədə Motsartın uşaqlıq skripkası, eyni zamanda portretləri, sənədləri və musiqisinin ilk nəşrləri nümayiş etdirilir, ikinci mərtəbə Motsartın operaya marağına həsr olunmuş və "Sehrli Fleyta"nı bəstələdiyi klavixordu özündə cəmləşdirmişdir. Quruluş Motsart Fonduna məxsusdur.
== Tarixi ==
Ev, 12-ci əsrdə, Zalsburqun, Müqəddəs Pyotr Benediktin rahiblərinə aid olan bağın bir hissəsində qurulmuşdur. Tacir Otto Koytzel, 1408-ci ildə bu əmlakın sahibi olaraq xatırlanır, amma 1585-ci ildə məhkəmə apoteksiyası olan Çunrad Fröşmozer bu əmlakı satın alır. 1703-cü ildə ev, 1670 ətrafında Zalsburqa gələn Hagenauer ailəsinin mülkiyyətinə keçdi.