Milçək (film, 2006)
== Məzmun ==
Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər.
== Film haqqında ==
Filmdə 24 aktyor iştirak etmişdir.
Filmdə kompüter qrafikasından istifadə edilmişdir.
Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür.
== Səhv ==
Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.