MİRTAHİR
MİRYƏHYA
OBASTAN VİKİ
Miryasin Seyidov
Miryasin Mirqafar oğlu Seyidov (23 dekabr 1998, Əbrəqunis, Naxçıvan Muxtar Respublikası – 24 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Miryasin Seyidov 23 dekabr 1998-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açmışdır. 2005–2016-cı illərdə Culfa rayon Əbrəqunus kənd tam orta məktəbində orta təhsil almışdır. Sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Miryasin Seyidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Hadrutun azad edilməsi gedişatında Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 24 oktyabr 2020-ci ildə hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miryasin Seyidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.