İqor Mitreski
İqor Mitreski (mak. Игор Митрески; doğ. 19 fevral 1979, Struqa, Yuqoslaviya) — müdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı.
== Karyerası ==
=== Klub karyerası ===
İqor Mitreski peşəkar karyerasını 1997-ci ildə Skopye şəhərini təmsil edən "Makedoniya" klubunda başlayıb. 1997-ci ildən 2001-ci ilə qədər Şimali Makedoniyanın müxtəlif klublarında forma geyinib. 2001-ci ildə Rusiyanın "Spartak Moskva" komandasına transfer olunub. Bu komandanın heyətində 2001-ci ildə ölkə çempionatının, 2003-cü ildə isə ölkə Kubokunun qalibi olub. 2004-cü ildə komandaya yeni baş məşqçi təyin olunmuş Aleksandr Starkov, heç bir səbəb göstərmədən Mitreskini əvəzedici heyətə göndərmək qərarını qəbul edib. Bu hadisədən sonra Mitreski agentinin köməyi ilə Moskva təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.