MUŞTULUQ

is.
1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə.
Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal.

□ Muştuluğa getmək – xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək.
[Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev.

2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş.
…Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə.
Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil.
[Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli.

◊ Muştuluğun borc olsun! – verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MUŞTULUQ MUŞTULUQ (şadxəbər) Dədə-Qorqud çapa-çapa Bayat obasına gəldi. Uzaqdanuzağa: – Muştuluq! Muştuluq! – deyə qışqırdı (Anar); BƏŞARƏT (kl
  • MUŞTULUQ müjdə — xəbər
MUŞQURUQ
MUŞTULUQÇU

Digər lüğətlərdə

взля́гиваться вотяки́ да́ром забинто́вывание капу́стница муссо́нный предынфа́рктный усту́пами оттени́ться по-япо́нски спустя́ циркуля́рный -поль albatross altarage cubature dyslexia en ami injure Lib-Labbery piece-rate stream of consciousness third class вступать избиение