MÜTƏFƏKKİR

[ ər. ]
1. is. Dərin fəlsəfi fikir sahibi olan adam. Qədim yunan mütəfəkkirləri. Böyük mütəfəkkir və şair Nizami.
2. sif.zərf klas. Fikirli, fikirli-fikirli, fikirxəyal içində olan, dalğın.
Əvvəl hakimi-şər mütəfəkkir ayağa durub gedir. M.F.Axundzadə.
Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir. Ə.Haqverdiyev.
[Mənsur] mütəfəkkir evə girib dalınca qapını örtdü. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜTƏFƏKKİR mütəfəkkir bax filosof

Etimologiya

  • MÜTƏFƏKKİR Ərəbcədir, fikir, təfəkkür sözləri ilə eyniköklüdür. Bu sözün sinonimi ağıldar kəlməsidir. Birinci hissə ərəb, -dar isə fars dilinə mənsubdur
MÜTƏƏSSİR
MÜTƏFƏKKİRANƏ

Digər lüğətlərdə