MƏHƏK

is. [ ər. ] Qızıl və gümüşün əyarını təyin edən bir cins daş.
□ Məhək daşı1) məhək;
2) məc. bir şeyin keyfiyyəti, dəyərini göstərən şey.
Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov.
[Nəcəfalı:] Bəli, sözümün canı budur ki, məni qınasanız da, adamın məhək daşı işdir, vəzifədir. B.Bayramov.

Məhəkdən çıxmaq1) məhək daşı ilə yoxlanmaq, saflığı təyin edilmək.
[Molla Həmid:] Otuz iki put iksiri … otuz iki put misə vurub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. M.F.Axundzadə;

2) məc. sınaqdan çıxmaq.
Məhəkə vurmaq (çəkmək) – yoxlamaq, sınamaq, sınaqdan keçirmək.
[Bəhram:] Hər bir işdə gənəşərkən; Qızıl kimi hər sözü mən; Tərəzidə çəkə-çəkə; Tez vururam bu məhəkə. A.Şaiq.

MƏHƏCCƏRLİ
MƏHƏL

Digər lüğətlərdə