MƏZLUMLUQ

is. Məzlum adamın halı; fağırlıq, yazıqlıq.
Məzlumluq edib başlama fəryadə, əkinçi! Qoyma özünü tülkülüyə, adə əkinçi! M.Ə.Sabir.
[Kor Seyid] məzlumluğu sevən, miskinlikdən ruhani bir zövq alan adam idi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZLUMLUQ acizlik — həqirlik — bədbəxtlik — zəlillik — yazıqlıq — fağırlıq — sadəlik — mütilik
  • MƏZLUMLUQ həlimlik — mülayimlik — yumşaqlıq

Antonimlər (əks mənalı sözlər)

  • MƏZLUMLUQ MƏZLUMLUQ – ZALIMLIQ Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı (İ.Şıxlı); Zalımlığı ilə şöhrət tapmışdı (S
MƏZLUMCASINA
MƏZMUN

Digər lüğətlərdə