NÖVRAQ

is. [ ər. “rövnəq” sözünün təhrif forması] Bəzək, yaraşıq, lətafət, gözəllik, parlaqlıq.
Qar tutub Şah dağını; Don vurub növrağını; Çəkilib tülək tərlan; Sar alıb ovlağını. (Bayatı).

// Məc. mənada.
Gül büsatı, gül əndamı, gül üzü; Mənim üçün hər növrağı şirindir. Aşıq Ələsgər.

◊ Növraq dönmək – zəmanə dəyişmək, əvvəlki işlərdən iz qalmamaq.
[Qarı:] Növraq gör necə dönüb, a qız, qədim əyyamlarda çapqınçılığa, özü də harda, çöldə, kəndkəsəkdə gecə çıxardılar. Ə.Əbülhəsən.

NÖVLƏŞDİRMƏK
NÖVRƏS

Digər lüğətlərdə