Çay kənarında bir meşə qaralır; O biri yanda kənd nümayandır.
□ Nümayan etmək (eləmək) – görsətmək, zahir etmək, aşkar etmək.
Qəm büsatın xətm edibdir dövr Seyyid adına; Kim nəzərin dəhrdə hərgiz nümayan eyləməz.
Zülmünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi.
Nümayan olmaq – görünmək, zahir olmaq, aşkar olmaq.
Abirudan məni sən saldın elə, ey idbar; Nagahan taki olub üzdə nümayan saqqal.
Nümayan oldu nagah bir cənazə; Aparırlardı dəfn üçün məzarə.
Hacı Mehdinin evi nümayan olur.