NAĞAŞ

(Qafan)
ala-bula. – Nağaş inəyin qıçı sınıf
NAĞAR
NAĞILAY
OBASTAN VİKİ
Nağaş Ovnatan
Nağaş Ovnatan və ya Nəqqaş Ovnatan (erm. Նաղաշ Հովնաթան; 1661[…], Şurud – 28 oktyabr 1722, Şurud) — erməni şairi, aşıqı, rəssamı, Ovnatan rəssam ailəsinin banisi. O, orta əsr erməni lirikasının ardınca yeni erməni minstrel məktəbinin banisi hesab olunur. Nağaş Ovnatan 1661-ci ildə Naxçıvanda (o vaxt Səfəvilər imperiyasının Çuxursəəd bəylərbəyliyinin tərkibində) Şurud kəndində keşiş ailəsində anadan olmuşdur. O, Aqulisdə yerləşən Müqəddəs Foma monastırında təhsil almışdır. Ömrünün çox hissəsini Tiflis və İrəvanda keçirən Ovnatan son orta əsr sekulyar erməni poeziyasının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Onun yaradıcılığı aşıq yaradıcılığına ən yaxındır. 1710-cu ildə Tiflisə köçmüşdür və burada rəssam olmaqla yanaşı, saray aşığı kimi də fəaliyyət göstərmişdir. Ovnatan yüzdən çox satirik, romantik, içkiyə həsr olunmuş, tərbiyəvi və ya öyüd-nəsihət xarakterli mahnı və qəsidələrin müəllifidir. Nağaş Ovnatan bir rəssam kimi 1712-ci ildə Üçkilsə kafedralının daxili bəzəyini öhdəsinə götürmüş və 1721-ci ildə tamamlanmışdır.