NAM-NİŞAN

is. [ fars. ] Ad, yer-yurd, əsilnəsəb mənasında. Nam-nişanını bilmək (öyrənmək). – [Hakim] arvadın nam-nişanını bilib, çıxıb gedir. “M.N.lətif.”
NAM
NAMAZ
OBASTAN VİKİ
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kim Yon-nam
Kim Yon-nam (29 yanvar 1996, Cənubi Koreya) — Cənubi Koreyalı suya tullanan. Kim Yon-nam Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kim Yon-nam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 349.10 xal toplayaraq 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Çen Nam
Kim Çen Nam (10 may 1971, Pxenyan – 13 fevral 2017, Sepanq[d], Kuala Lumpur və ya Kuala Lumpur) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur. == Həyatı == Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir. Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır. Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi. Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir. 1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Nam San Mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Sang-mi
Nam San Mi (3 may 1984) — Cənubi Koreyalı aktrisa.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Nam Yon-Sin
Nam Yon-Sin (d. 27 avqust 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Yon-Sin Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yu Nam-Qyu
Yu Nam-Kyu (4 iyun 1968) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Yu Nam-Kyu Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medala, cüt turnirdə isə bürünc medala sahibi olub. Daha sonra Yu Nam-Kyu Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Yu Nam-Kyu Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Ba-nam-Filenn
Ba-nam-Filenn boğazı (ing. Bagh nam Faoileann, şot.kelt Bàgh Nam FaoileannYell Sound) - Şotlandiyanın (Böyük Britaniya) şimal-qərbində Xarici Hebrid adalarının bir hissəsi olan Saut Uist və Benbekula adaları arasındakı yerləşən boğaz. Hebrid dənizini Atlantik okeanı ilə birləşdirir. Boğazın mərkəzi hissəsindən A 865 avtomobil yolu (Nort Uist - Loxboysdeyl) keçir.

Digər lüğətlərdə