NAZPƏRİ

nazlı pəri, işvəli pəri, nazlanan pəri.
NAZNURƏ
NAZPƏRVƏR
OBASTAN VİKİ
Nazpəri Dostəliyeva
Nazpəri Əhmədəli qızı Dostəliyeva (23 dekabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Nəzpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Bakıda doğulub.2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib. 1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir. 2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib.