NİFTƏLİ

Əslində “nütfə” (toxum, maya) və “Əli” (bax) sözlərindən əmələ gəlmiş və “Əli övladı” mənasındadır.
NİFTALI
NİFTİ
OBASTAN VİKİ
Anar Niftəliyev
Niftəliyev Anar Mahmud oğlu — Azərbaycan jurnalisti, Axar.az saytının baş redaktoru. == Həyatı == Anar Niftəliyev 7 noyabr 1973-cü ildə Şamaxıda anadan olub. 1990-cı ildə Bakı şəhəri 25 saylı orta məktəbi, 1995-ci ildə isə Bakı Dövlət Unversitetinin Filologiya fakültəsini bitirib. AMEA Ədəbiyyat İnstutunun aspiranturasında təhsil alıb. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, "Xalq qəzeti", "Millətin səsi", "Azadlıq" və s. qəzetlərdə işləyib. Hazırda "Axar.az" xəbər portalının baş redaktorudur. Azərbaycan Dil Qurumu İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. 2002-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 17 elmi məqaləsi elmi dərgilərdə dərc olunub.
Babək Niftəliyev
Babək Muğan oğlu Niftəliyev (29 may 1985, Kəlbəcər) — Azərbaycan muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Niftəliyev Babək Muğan oğlu 29 may 1985-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdən çıxanda 8 yaşı olub.Gəncədə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan musiqi təhsili alıb. Bakıda 6 saylı musiqi məktəbində isə Məmmədbağır Bağırzadə müəllimi olub. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) da Canəli Əkbərov ona dərs deyib. Ailəlidir, 3 övladı var.
Ceyhun Niftəliyev
Ceyhun Bahadur oğlu Niftəliyev (5 noyabr 1972, Xanlar – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Niftəliyev 1972-ci il noyabrın 5-də Göygöl şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. == Döyüşlərdə iştirakı == Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Elnur Niftəliyev
Elnur Niftəliyev (d.18 iyul 1983, Bakı, Azərbaycan SSR) — fəlsəfə doktoru, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == Elnur Niftəliyev 18 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var. == Təhsili == 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006–2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. == Fəaliyyəti == Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən 2016-cı ildə Antalyada təşkil edilən 4-cü Beynəlxalq Media Təhsil Proqramının iştirakçısı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004–2006-cı illərdə "Azad Azərbaycan" Teleradio şirkətində "Son Xəbər" proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən ""Lider" TV və "Radio Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == Quba şəhərində küçələrin birinə Mehrab Niftəliyevin adı verilib.
Niyamin Niftəlizadə
Niyamin Xaliq oğlu Niftəlizadə (15 yanvar 1997, Nursu, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Cəbrayıl ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyamin Niftəlizadə 1997-ci il yanvar ayının 15-də Şahbuz rayuonunun Nursu kəndində anadan olub. Bakı şəhəri Xətayi rayonunda yerləşən 191 saylı məktəbdə oxumuşdur. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Niyamin Niftalizadə oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Niftəliyev
Rafiq Niftəliyev (tam adı: Rafiq Həbibulla oğlu Niftəliyev; 21 sentyabr 1945, Qusar) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı (1993–2002), Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2002–2012). == Həyatı == Niftəliyev Rafiq Həbibulla oğlu 1945-ci il sentyabrın 21-də Qusar rayonunda anadan olmuşdur. 1963-cü ildə Qusar şəhər orta məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildən l.Şmidt adına Maşınqayırma Zavodunda başlamışdır. 1964-cü ildən Bakı Çayçəkici Fabrikində, 1968-ci ildən Azərbaycan "Neftlahiyə" Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1975-ci ildən Xaçmaz rayonunun Qoçaqlı kənd 8 illik məktəbində, 1977-ci ildən İnqilab kənd orta məktəbində müəllim və direktor müavini, 1987-ci ildən Xaçmaz Rayon Xalq Təhsili Şöbəsi müdirinin müavini işləmişdir. 1970–1990-cı illərdə Bakı və Xudat Şəhər Xalq Deputatları Sovetlərinə deputat seçilmişdir. 1991-ci ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, 1993–2002-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2012-ci illərdə isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Vüqar Niftəliyev
Vüqar Cavanşir oğlu Niftəliyev (17 noyabr 1966, İmanlar, Laçın rayonu – 1994, Ağburun dağı, Xocavənd rayonu) — Ağdam və Füzuli uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı vuruşan döyüşçü. == Həyatı == Vüqar Niftəliyev 1966-ci il noyabrın 17-də Laçın rayonunun İmanlar kəndində anadan olub. 1984-cü ildə İmanlar kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına yollanıb. Hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıdan Vüqar təsərrüfatda çalışıb. Həmişə işgüzarlığı və qoçaqlığı ilə seçilib. Ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlib. 1988-ci ildə baş verən hadisələr gənclərin dünyagörüşünə güclü təsir göstərirdi. Onların SSRİ-yə bəslədikləri inam puça çıxırdı. Ermənistanla sərhəd kəndlərdə azərbaycanlıların tez-tez qətlə yetirilməsi xalqın qəzəbini coşdururdu. Çox təəssüf ki, SSRİ-nin dağılmasının mümkünsüzlüyü haqqında aparılan təbliğat əhali arasında çaşqınlıq yaratmışdı.
Xanım Niftəliyeva
Ümüd Niftəliyev
Ümüd Oruc oğlu Niftəliyev (20 oktyabr 1998; Nehrəm, Babək rayonu, Azərbaycan — 16 noyabr 2021; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı. 16 noyabr 2021-ci ildə Kəlbəcər döyüşləri zamanı şəhid olmuşdur. == Həyatı == Ümüd Niftəliyev 20 oktyabr 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 2006-2015-ci illərdə Babək rayon Nehrəm qəsəbə tam orta məktəbində təhsil almışdır. 2015-2017-ci illərdə Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Subay idi. == Hərbi xidməti == Ümüd Niftəliyev 2020-ci ilin sentyabrın 29-da kursantlığının dördüncü ilində hərbi təhsilini dondurmuş və "kiçik leytenant" rütbəsi ilə Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Ordusunun kiçik leytenantı olan Ümüd Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü zabit olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İlqar Niftəliyev
İlqar Vahid oğlu Niftəliyev (26 may 1972) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru. == Həyatı == İlqar Niftəliyev 1972-ci il mayın 26-da anadan olmuşdur. O, 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. İlqar Niftəliyev 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir. O, 2003-2006-cı illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdı. İ.V.Niftəliyev 2007-ci ildə “Azərbaycan SSR-ə qarşı ermənilərin ekspansiya planlarının həyata keçirilməsi (XX əsrin 20-ci illərinin birinci yarısı)” adlı dissertasiya işi müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Niftəliyev 2015-2017-ci illər ərzində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin, 2017-2023-cü illərdə isə "Azərbaycanın Sovet dövrü tarixi"şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, AMEA Tarix İnstitutu Elmi Şurasının üzvüdür, 2005-ci ildən 2016-cı ilədək Tarix İnstitutunun Gənc alimlər və mütəxəssislər Şurasının sədri olmuşdur. Hazırda, İlqar Niftəliyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun İcraçı direktoru vəzifəsində çalışır. İlqar Niftəliyevin elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın müasir dövr tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir.
İlyas Niftəliyev
İlyas Güloğlan oğlu Niftəliyev (12 aprel 1999; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlyas Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Niftəliyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ədəhim Niftəliyev
Ədəhim Niftəliyev (7 sentyabr 1976-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan milli futbol komandasında müdafiəçi kimi çıxış edən keçmiş peşəkar Azərbaycanlı futbolçudur. Niftəliyev bir müddət İran təmsilçilərindən olan Mes Kerman klubunda çıxış etmişdir.
баклу́шничать дво́рня догнива́ть крановщи́к не са́мый перемножа́ться плоскопеча́тный самопи́шущий затормо́женный счал рецепт antisepalous ash-dry bola boyishness decanal eelpout Panhagia psalmodic sex clinic trophic zenithal морж научно фольклорист