OĞULLUQ

is.
1. Oğulun ata-ana qarşısında borcu, vəzifəsi, haqqı; övladlıq. Oğulluq borcu. Oğulluq etmək.
2. Biri tərəfindən övladlığa götürülmüş, yaxud ana ardınca kişinin evinə gətirilən oğlan uşağı.
□ Oğulluğa götürmək – doğma övlad hüququ verməklə oğlan uşağını ailəyə qəbul etmək.
[Gülnisə Bəhrama:] Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm… C.Cabbarlı.
[Ata:] İdrisi oğulluğa götürmüşəm. Mir Cəlal.

OĞUL-UŞAQ
OĞULSUZ

Digər lüğətlərdə

бельево́й волосня́ ди́ско напря́г партко́м пи́чкаться таранча́ жени́ть заштампова́ть ката́льный копану́ть обтере́ться по-япо́нски пупа́ртовая связка ранёхонько тере́ть agile caper-spurge cozymase end-bulb enigmatical flattener hawbuck stonkered хитростный