Ontologiya (informasiya elmi)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir.
Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).