OXŞAR

sif. Bənzər, oxşayan, bənzəyən.
Cəmiləyə oxşar bir ana öz toppuş qızı ilə oynayırdı. S.Rəhimov.
…Əndamlı xanım xalata oxşar, qırmızıgüllü, sarı paltar geymişdi. M.İbrahimov.

// Misl, bərabər. Oxşarı yoxdur.
// İs. mənasında. Oxşarlıq, bənzəyiş, bənzərlik.
Məhəmməd Həsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXŞAR OXŞAR Yanılmaram, söyləsən çox qıza oxşarın var (M.Rahim); BƏNZƏR Sənin bənzərin ancaq sadə bir həyat olar (M
  • OXŞAR bənzər — uyar
OXŞANMAQ
OXŞARLIQ

Digər lüğətlərdə