PƏNAH

i. refuge, protection, patronage; kiminsə ~ında olmaq to be* under a person’s protection; qanunun ~ı altında under the protection of the law; ~ aparmaq to take* refuge (in)

PƏLTƏKLİK
PƏNAHGAH
OBASTAN VİKİ
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Pənah Göyçə
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Hüseyn
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993). Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
Pənah Hüseynov

Pənah Həsənov
Pənah Allahverdi oğlu Həsənov (9 may 1930, Böyük Gilanlar – 14 aprel 1992, Bakı) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980). Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur.14 aprel 1992-ci ildə vəfat etmişdir 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur. Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Pənah Mikayılov
Pənah Abduləli oğlu Mikayılov (10 may 1935, Qoşasu, Laçın rayonu – 1998, Sumqayıt) — şair, yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim (1994). 10 may 1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Sonra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, Narışlar və Qoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir. Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliyyətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmərəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fərman”larla, Respubilkanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edilmişdir.
Pənah Muradov
Muradov Pənah Zülfiqar oğlu — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini. Muradov Pənah Zülfiqar oğlu 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub, 1967-77-ci illərdə orta məktəbdə təhsil almış, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir. P.Muradov 1990-cı ildə biologiya üzrə fəlsəfə doktoru və 2005-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adı alıbdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. P.Z.Muradov əmək fəaliyyətinə AMEA-nın Mikrobiologiya İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ildən bu günə kimi isə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. Onun rəhbərliyi ilə biologiya üzrə 17 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Z.Muradov hazırda həmin komissiyanın sədr müavini, 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür. P.Z.Muradov mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə iki dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür. Evlidir, 3 övladı var.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Molla Pənah Vaqif (1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Molla Pənah Vaqif (film, 1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur. 26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
Pənah Məmmədov
Pənah Qasımov
Qasımov Pənah (20 iyul 1881, Qarğabazar, Cəbrayıl qəzası – 15 iyul 1937, Bakı) — Azərbaycan maarif xadimi. Qori müəllimlər seminariyasını (1905) və Tiflis Müəllimlər İnstitutunu (1907) bitirmişdir. Lənkəranda (1907–1908) və Bakıda (1909-cu ildən) müəllimlik etmiş, ana dilində məktəblərin açılmasına çalışmışdır. Respublikada pedaqoji təhsilin təşkilində onun mühüm xidməti var. Darülmüəlliminin (1921–1928), Ali Pedaqoji İnstitut və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru (1929), Azərbaycan SSR xalq maarif komissarının müavini (1928) vəzifəsində çalışmış, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri (1920–1928), "Maarif işçisi" jurnalının ilk redaktoru olmuşdur. Azərbaycan və Zaqafqaziya MİK-lərinin, Azərbaycan K(b)P MK və BK-nın üzvü seçilmişdir (1925–1927). Qasımov Pənah Ələkbər oğlu 1883-cü ildə Cəbrayıl qəzası Qarğabazar kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirdikdən sonra 1901-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminaryasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə oranı qurtarmış, təhsilini Tiflis Aleksandr Müəllimlər Institutunda təhsilini davam etdirmişdi. P.Qasımov 1907-ci ildə təhsilini başa vurduqdan sonra indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən o, xalqı avamlıq, gerilik və cəhalətdən çıxarmağı özünün ən müqəddəs borcu bilmiş, həyatını Azərbaycan xalqının rifahı və mariflənməsi uğrunda mübarizəyə bağlamışdır.
Pənah Qurbanov
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Xəlilov
Pənah İmran oğlu Xəlilov (1 iyul 1925, Sadaxlı, Gürcüstan SSR[d] – 16 avqust 2019, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971). Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 16 avqust 2019-cu ildə vəfat etmişdir.
Pənah xan
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.
Aşıq Pənah Pənahov
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur. 26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
Pənah kəndi (Poldəşt)
Pənah kəndi (fars. پناه كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (69 ailə).
Pənah xan qəsri
Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur. Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı. Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Pənah xan Makinski
Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur. Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur. Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur. İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur.
Aşıq Pənah (film, 2007)
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırda ermənilər bu möhtəşəm abidəni məhv etmişlər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir. Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Pənah xan Makinskinin evi
Pənah xan Makinskinin evi — İrəvan şəhərində mövcud olmuş məşhur evlərdən biri. Sovet hakimiyyəti dövründə dağıdılmış ev hal-hazırkı Nalbəndyan küçəsində yerləşirdi. Ev və ya imarət Makinskilər ailəsinə mənsub olan Pənah xan Makinski tərəfindən tikdirilmişdir. Pənah xan Makinskinin evi və ya imarəti İrəvandakı Xan sarayı üslubunda tikilmişdir. İmarət İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşir. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. İmarət İrəvanda dövlət tərəfi ndən qorunan memarlıq abidələri siyahısına salınmış, lakin 1960–1970-ci illərdə imarətin ətrafında tikilmiş yöntəmsiz obyektlərdən sonra tanınmaz hala düşmüş və baxımsızlıqdan yox olma həddinə çatmışdır. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.
Elməddin Pənahov
Geylani Pənahov
Qeylani Pənahov (tam adı: Pənahov Qeylani Minhac oğlu; 25 avqust 1954, Qusar) — AMEA-nın müxbir üzvü (2014) [1], texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri [2] == Həyatı == Pənahov Qeylani Minhac oğlu 1954-cü ilin 25 avqustunda Azərbaycan SSR Qusar rayonu Ənix kəndində anadan olmuşdur.1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) daxil olub,1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsinin dağ mühəndisi ixtisasını almışdır. İnstitutu qurtardıqdan sonra 1976-cı ildə Dağıstan Geoloji Ekspedisiyasında, 1977-1979-cu illərdə Ukraynanın Krivoy Roq şəhərində müxtəlif şaxtalarda usta vəzifəsində və Təhlükəsizlik Texnikası İnstitunda böyük mühəndis vəzifəsində işləmişdir. 1979-cu ildən 1988-ci ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kiçik elmi işçidən başlayaraq baş elmi işçiyə kimi müxtəlif vəzifələrdə çalışıb. 1984-1986-cı illərdə həmən İnstitutun aspiranturasında oxumuş və 1986-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1988-ci ildən konkurs üzrə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu “Neft və qazın qeyri xətti mexanikası” şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1996-cı ildə texnika elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1999-2002 ci illərdə "Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının" müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən "Maye və qaz mexanikası" şöbəsinin müdiridir. İnstitutda işlədiyi müddət ərzində Pənahov Q.M. bir çox elmi qrant layihələrinə rəhbərlik edərək başa çatdırmışdır. Pənahov Q.M. 180 elmi məqalənin müəllifidir ki, bunların 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini almışdır. 1999-2001-ci illər ərzində Azərbaycan Ali Attestasiya Komitəsində Riyaziyyat və Mexanika üzrə ekspert şurasının, 1998-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının və Azərbaycan Dövlət Neft Akademiyasında namizədlik və doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının üzvüdür.
Hacımurad Pənahov
Hacımurad Şirəli oğlu Pənahov (1911, Şağan, Bakı qəzası – oktyabr 1974, Bakı) — gəmi kapitanı, SSRİ Ali Sovetinin VII çağırış deputatı, uzaq səfərlərə çıxan ilk kapitanlardan biri. == Həyat və fəaliyyəti == Uzaq səfərlər kapitanı Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub. 1936-cı ildə Bakı Dənizçilik Texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat donanmasında işləyib. Təşkilatçılıq qabiliyyəti, bacarığı və biliyi Hacımurad Şirəli oğlunu qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəldib. Böyük Vətən müharibəsinin ağır illərində "Sentrosoyuz" gəmisinin kapitanı olarkən H. Pənahovun ən yaxşı komandirlik keyfiyyətləri – heyəti monolit komandaya çevirmək, hər bir tapşırığı layiqincə yerinə yetirmək məharəti üz çıxıb. 1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirən Hacımurad Pənahov Xəzər Dəniz Gəmiçiliyinin Dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib. O, onlarla gənc kapitan tərbiyə edib. 1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – "Sovet Azərbaycanı" dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini irəli sürüb ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.
Mahmud Pənahiyan
General Doktor Mahmud Pənahiyan Təbrizi (fars. ژنرال دکتر محمود پناهیان تبریزی‎; Təbriz – 1981) — Cənubi Azərbaycan hökumətinin üzvü, general-mayor == Həyatı == Mahmud Pənahiyan, Pənahəli xan Cavanşirin törəmələrindən idi. == Fəaliyyəti == Azərbaycan Demokrat Firqəsinin hərbi naziri idi. Firqə dağılandan sonra Bakıya getdi. Sonra İraq dövlətinin dəvəti ilə Bağdada getdi və Pəhləvi rejiminin müxalifləri ilə əməkdaşlıq etdi. Orada Bağdad radiosunun və "İran xalqlarının Milli Cəbhəsi" adlı qrupu təsis etdi. 1981 Əlcəzair Müqaviləsindən sonra yenə Bakıya qayıtdı.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi

Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Musa Pənahov
Musa Sədi oğlu Pənahov (1959) — Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır. 1984–1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı — Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993–2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Fəxri Dəmiryolçudur. Ailəlidir, 2 övladı var.
Məsud Pənahi
Məsud Pənahi (10 yanvar 1943, Zəncan) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi. Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir. 1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.
Məzahir Pənahov
Məzahir Məhəmməd oğlu Pənahov (13 mart 1951, Qaraxanlı, Tovuz rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor. Məzahir Pənahov 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1971–1972-ci illərdə Sankt-Peterburq şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973–1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin "Ümumi fizika və fizikanın tədrisi metodikası" kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. 1982–1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb. 1998–2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
Nazim Pənahov
Nazim Adil oğlu Pənahov (6 dekabr 1971) — professor, tibb elmləri doktoru, əməkdar həkim. Nazim Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı "Qızıl Medal" ilə bitirib. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N. Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1995-ci illərdə Azərbaycan Tibb Universitetinin ortepedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə həmin kafedrada aspirant, 2000–2008-ci illərdə assistent olub, 2008–2016-cı illər ərzində dosent vəzifəsində çalışıb. 2017-ci ildən isə ortopedik stomatologiya kafedrasının professoru vəzifəsində çalışır, eyni zamanda həmin ildən Ortopedik stomatologiya kafedrasının müdiridir. 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2009-cu ildə dosent elmi adına layiq görülüb. 2014-cü ildə tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 2019-cu ildə professor elmi adına layiq görülüb. N. Pənahov 100-dən çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti, tədris-metodik tövsiyələrin, səmərələşdirici təkliflərin müəllifidir. 2016-cı il 7 noyabr tarixindən etribarən ATU-nun elmi katibidir.
Nemət Pənahlı
Nemət Əhəd oğlu Pənahlı — siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının simalarından biri. Nemət Pənahlı 1962-ci ildə Naxçıvan MSSR-də anadan olub. O, Meydan hərəkatında və ardınca Azərbaycan Milli Azadlıq Hərəkatında iştirak edib. 1993–1995-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında çalışıb. 1995-ci il parlament seçkilərində Nemət Pənahlı sədri olduğu Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Nemət Pənahlı isə deputat seçilə bilməmişdir. Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, lakin seçkiyə bir həftə qalmış namizədliyini geri götürmüşdür. Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri olmuşdur. 2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Nemət Pənahov

Digər lüğətlərdə