PALTARYUYAN

sif.
1. İşi paltar yumaqdan ibarət olan, paltar yumaqla məşğul olan.
Paltaryuyan qadın [Aslanı] səmimiyyətlə qarşılayıb oturmasını xahiş etdi. S.Vəliyev.

2. Paltar yumağa məxsus. Yeni növ paltaryuyan maşınlar da öz quruluşu etibarilə çox maraqlıdır.
// İs. mənasında. Mexaniki paltaryuyan maşın. Paltaryuyanı təmir etmək. Yeni markalı paltaryuyan.
PALTARTİKƏN
PALTAVA
OBASTAN VİKİ
Paltaryuyan maşın
Paltaryuyan maşın — tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyucu maddənin təsiri altında tekstilin sapları arasından yuyulur.Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi şlankın köməyi ilə xaric edilir.

Digər lüğətlərdə

застреля́ть клон протоми́ть риэ́лтерский страда́льчески судако́вый террако́т тра́фик архива́ция афори́зм в ус не дует делика́тный отжу́чить первози́мье пескостру́йщица кантауровец коурый kathode puppy love аэросани мниться обворожительность повязывать предупреждение щёточный