Panetius
Panetius (yun. Παναίτιος, m. ö. 180 – 110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı.
== Həyatı və əsərləri ==
Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir.
Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur.
Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
== Fəlsəfəsi ==
Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetik və platonik məktəblərinin elementlərini də qatmışdır.