1. Hər hansı bir həndəsi şəkil formasında döşəmə salmaq üçün işlədilən kiçik hamar taxta parçaları.
2. Belə taxtacıqlardan düzəldilmiş döşəmə.
[Veysəl] nəzərlərini silinmiş parketdən ayırmadı.
// Belə taxtacıqlardan düzəldilmiş, parketlə döşənmiş.
Gülnaz parket döşəmənin üstündə yalın ayaqlarını şappıldadaraq pəncərəyə tərəf cumdu.
Sultan ayağa qalxanda kreslonu elə qəzəblə itələdi ki, parket döşəmədə ağ qoşa cızıqlar düşdü.