PARILDAŞMAQ

qarş.
1. Bərq vurmaq, parıltı vermək (çox şey haqqında); parlaşmaq.
Pəncərələrdən içəri işıq dolur, teleqraf telləri, dəmir taxtapuşlar parıldaşırdı. Ə.Vəliyev.
Yaşıl otlar üzərində xırdaca damcılar inci kimi parıldaşırdı. M.Rzaquluzadə.

2. Azacıq işıq vermək, işarmaq (çox şey haqqında), işıldaşmaq, sayrışmaq.
Göydə isə ara-sıra ulduzlar parıldaşırdı. S.Rəhimov.

PARILDAŞMA
PARILDATMA

Digər lüğətlərdə