PAZ

PAZ Paz çalınanlar, tez öldürülmələrini istəyirdilərsə də, qulaq asan yox idi (Çəmənzəminli); ÇİV Son vaxtlarda qapıda tökülüb solan düyünlü-fırlı kötüklərə çiv çalmaq, onları yarıb-parçalamaq üçün yenə də Safo ailəsində gərəyə gəlirdi (S.Rəhimov).

PAYTAXT
PAZI
OBASTAN VİKİ
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.
Paz (peyk)
Paz (ispanca "sülh") - İspaniyanın hərbi peyki. Peyk 2018-ci il Fevralın 22-də havaya buraxılmışdı. Peyk Hisdesat tərəfindən idarə olunur. Paz əvvəllər SEOSAR (Satélite Español de Observación SAR) kimi tanınıb. Hərbi və biznes məqsədləri üçün PAZ radar texnologiyasından istifadə etməklər yerin şəkillərini çəkəcək. Peyk əvvəllər istifadə olunmuş Falcon 9 raketi vasitəsilə havaya buraxılmışdı.
Paz (satellite)

Paz Vizsla
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən fiksiya personajı. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır. Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.
San Pedro de la Paz
San Pedro de la Paz - Çili şəhəri. Ərazisi 112,5 km². 80.447 nəfərdir (2002).
İnfanta Mariya de la Paz
İnfanta Mariya de la Paz (isp. María de la Paz Juana Amelia Adalberta Francisca de Paula Juana Bautista Isabel Francisca de Asís de Borbón y Borbón) (23 iyun 1862[…], Madrid – 4 dekabr 1946, Münxen, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 6 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı. 1880-ci ildə bibisi oğlu Bavariyalı Lüdviq Ferdinandla evlənməsinə qərar verildi. Üstəlik bibisi İnfanta Amaliya onun xaç anası idi. Ancaq həmin ilin sonunda baş tutan görüşdən sonra Mariya Paz bəy namizədini bəyənmədi. Buna baxmayaraq danışıqlar davam etdi və cütlük 2 aprel 1883-cü ildə Madrid kral sarayında evləndi.
Miquel da Paz
Migel de Paş (port. Miguel da Paz de Trastâmara e Avis; 23 avqust 1498 – 19 iyul 1500, Qranada, Kastiliya krallığı) — Portuqaliya kralı I Manuelin ilk övladı, Portuqaliya, Kastiliya və Araqon taxt-tacının varisi. Şahzadə Migel 1498-ci ildə Saraqosada dünyaya gəldi. Atası Aviz sülaləsinə mənsub Portuqaliya kralı I Manuel, anası isə Kastiliya-Araqon taxt-tacının sahibləri Kastiliyalı İzabella və Araqonlu Ferdinandın böyük qızı İzabella idi. Anası o doğulduğu saatlarda vəfat etdi. Atasının yeganə rəsmi varisi idi və bu səbəblə, doğulduğu gündən etibarən Portuqaliya şahzadəsi ünvanı aldı. Bir müddət sonra isə nənəsi Kastiliyalı İzabella və babası Araqonlu Ferdinand tərəfindən varis elan edildi və beləcə, bütün İberiya yarımadasını tək səltənətdə birləşdirən bir vərasətə sahib oldu. Ancaq 19 iyul 1500-cü ildə hələ 2 yaşı tamam olmamış, nənəsi Kastiliyalı İzabellanın qollarında vəfat etdi. Cənazəsi Qranada krallıq kilsəsinə dəfn olundu. Ölümündən bir neçə ay sonra iki ölkə arasındakı sülhün davam etməsi məqsədilə, atası I Manuel xalası Araqonlu Mariya ilə evləndi və bu nikahdan bir neçə övladı dünyaya gəldi.
Kiçik pazdimdik
Kiçik pazdimdik (lat. Mergellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nazik pazdimdik
Nazik pazdimdik (lat. Mergellus albellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin kiçik pazdimdik cinsinə aid heyvan növü.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Osman Pazarlama (film, 2016)

Pazabənzər qığırdaq
Pazabənzər qığırdaq (lat. cartilago cuneiformis, cartilago cuneiformis Wriesbergi — BNA) — kiçik və paz şəklində olub selikli qişadan əmələ gəlmişdir, çalov-qırtlaq qapağı büküşündə (lat. plica aryepiglottica) yerləşmişdir. == Mənbələr == Prof.
Pazdimdik
Pazdimdik (lat. Mergus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Pazik (Puldəşt)
Pazik (fars. پزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (95 ailə).
Pazl
Pazl (ing. jigsaw puzzle) — oyun-tapmaca növüdür. Bu oyunda, müxtəlif formalı şəkil fraqmentlərindən (hissələrindən) ibarət mozaikanı qurmaq tələb olunur. Psixoloqların fikrincə, pazl oyunu diqqət, götürmə qabiliyyəti, bədii və məntiqi düşüncənin (forma, ölçü, rənglər və s. üzrə ayrı-ayrı elementlərin fərqləndirilməsi) inkişafına imkan yaradır; hissələrin arasında əlaqəni tam və düzgün qəbul etməyi öyrədir. == Pazl oyunun növləri == Hal-hazırda pazl oyunun çoxlu müxtəlif modifikasiyaları mövcuddur. Lakin vahid hədəf — ayrı-ayrı elementlərdən ibarət vahid şəkili qurmaqdır. Pazl ölçüsü elementlərinin ölçüsü və ya vahid şəklin ölçüsü üzrə təyin olunur. Pazl oyununda mürəkkəblik dərəcəsi onun ayrı-ayrı elementlərinin sayından asılıdır. Beləki natamam hissələr nə qədər çox (və ya kiçik ölçülü) olarsa oyunun mürəkkəbliyi bir o qədər də artır.
Pazuki
Pazuki, müxtəlif bölgələrdə hərflərlə (Pazuki, Pizuki, Bazuki, Paziki, Bizuki) tələffüz olunan bir türk tayfasının adıdır. Pazuki zamanla fərqli sözlərə çevrilən, lakin ümumilikdə fonetik kökü türk mənşəli Bezuki, Bozuk, Buzuki, Pizuk, Bizik sözləridir. Türk dilində Buzuk sözü eyni zamanda qəbilə bölgələrindən birinin - Oğuz Türklərinin də adını daşıyır .. Anadolu Türkmənlərində kökləri olan böyük Pazuki tayfası tədricən mədəniyyətindən və dilindən uzaqlaşaraq kürddilli xalqların yanına gəldi və zamanla kürddilli oldu. Tarixin eniş-yoxuşları səbəbindən bu qəbilə müxtəlif bölgələrə köç etdi və bir çox dilləri qəbul etdi və uzaq iqlim və torpaqlarda bu köçlər zamanla bu xalqın bir çox fərqli mədəniyyət və dilləri qəbul etmələrinə səbəb oldu. Vaxt keçdikcə bu xalqın orijinal kimliyi birmənalı olmayan bir dövrdə qalır.Amma bu qəbilənin ana dili türk idi ki, bu xalqın əksəriyyəti bu dili unutmuşdur.. Zamanla Pazuki xalqının mənşəyi Pazukialıların on əsr əvvəl Anadoluda mövcud olan çox köhnə türkmən kökləri var. Bu gün də Pazuki tayfası kürd tayfaları ilə birlikdə yaşayan və kürd tayfaları arasında uzun müddət qaldıqları müddətdə kürd dilində danışaraq öz kimliklərini unutduran İraq və Suriyanın Türkomansları ilə əlaqələndirilə bilər. Türk Kürdüstanda (kürd olduqdan sonra) kürd tayfasının böyük qollarını meydana gətirdilər. Pazuki qəbiləsi bir əsrdən çoxdur Türk Kürdüstanındakı Van gölünün şimal bölgələrini və Kermanşah torpaqlarını idarə etmişdir.
Pazuki eli

Pazukilər

Pazyarpaqlılar
Qatırquyruğu (lat. Equisetopsida) — qatırquyruğukimilər şöbəsinə aid bitki sinfi. Qatırquyruğu sinfi anatomik quruluşunda artrostelin və vegetativ yarpaqlarla bilavasitə bağlı olmayan qalxancıqşəkilli sporangioforların olması ilə xarakterizə olunur. Bu sinfə 2 sıra məhv olmuş kalamitlər (Calamitales, Calamostachyales) və hazırda yaşayan qatırquyruğular (Eguisetales) daxildir.
Pazırıq mədəniyyəti
Pazırıq mədəniyyəti—Dəmir dövrünə aid arxeoloji mədəniyyət. == Tarixi == Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir. Pazırıq kurqanları ilk dəfə (Katandin kurqanı və Qazaxıstanda Berel şəhərində Pazırıq mədəniyyətinə aid olan məqbərədə yerləşən kurqan bura daxildir) 1865-ci ıldə öz « donuq » qəbirləri ilə açılmışdır. Elə həmin vaxt ilk dəfə olaraq buzda donaraq dövrümüzə gəlib çıxmış paltarlar da aşkarlanmışdır. Bu kurqandan tapılan tapıntılar içərisində ən qiymətli tapıntı hazırda Moskva dövlət Tarix muzeyində sərgiyə çıxarılmış Katandin qaftanıdır. Həmin muzeydə saxlanılan digər nadir əşya isə samur xəzindən və çin ipəyindən tikilmiş və formasına görə fraka bəzədiyindən elə frak da adlanan bir eksponatdır.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.
Peter Pazman
Peter Pazman (mac. panaszi Pázmány Péter; lat. Petrus Pazmanus; alm. Peter Pazman‎; slovak. Peter Pázmaň; 4 oktyabr 1570[…], Oradea[d] – 19 mart 1637[…], Bratislava) — tanınmış filosof, ilahiyyatçı, kardinal, ədəbi təndiqçi və dövlət xadimi olan macar yezuit. O, Macarıstan Krallığında Kontrreformasiyanın ən nümayəndələrindən biri idi. Peter Pazmanın ən əhəmiyyətli irsi onun macar ədədi dilini yaratmasıdır. 1867-ci ildə Vyanada Pazmanitenqass küçəsi onun şərəfinə adlandırıldı. == Bioqrafiyası == === Erkən həyatı === Pazman 1570-ci ildə Macarıstan Krallığının Transilvasiya əyalətinin Oradya bölgəsində anadan olmuşdur. Təhsilini də orada almışdır.
Pyer Paolo Pazolini
Pyer Paolo Pazolini (it. Pier Paolo Pasolini; 5 mart 1922[…], Boloniya – 2 noyabr 1975[…], Lido di Ostiya[d]) — İtaliya kino rejissoru, ssenaristi, şairi və yazıçısı. == Həyatı == Pyer Paolo Pazolini 5 mart 1922-ci ildə Bolonyada anadan olmuşdur. Pazolini katolik ailəsində böyümüşdür. Amma özü özünü ateist adlandırırdı. O, tez-tez Roma Katolik Kilsəsini tənqid edirdi. Pazolini hələ filmlərini çəkməyə başlamamış artıq məşhur idi. O, 17 yaşından şeir yazmağa başlamışdı. İlk dəfə bu şeirlər onun 19 yaşı olarkən çap olundu. O, etiraf edirdi ki, poeziya onun birinci məhəbbətidir.
Uzunburun pazdimdik
Uzunburun pazdimdik (lat. Mergus serrator) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin pazdimdik cinsinə aid heyvan növü.

Digər lüğətlərdə