1. PİLTƏ (maşınkada, lampada) Kiçik bir saxsı qabın içinə quyruq əridib tökür, piltə salıb yandırırdılar (A.Şaiq); FİTİL Arvad istər-istəməz maşınkaya sarı getdi, fitilini düzəldib aşağı çəkdi (S.Rəhman).
2. PİLTƏ (partlayış işlərində) [İsmayıl Türbətə:] Dinamitin piltəsini ki gördün?.. (C.Cabbarlı); FİTİL Alyoşa çantasında olan bütün qumbaralara fitil qoyaraq gözləməyə başladı (Ə.Əbülhəsən).
3. PİLTƏ (tib.) Cərrah Səfərin yarasının piltəsini yenicə deyişmişdi (Çəmənzəminli); FİTİL, TAMPON.