POLİS

1. POLİS (polis, milis işçisi) ..şəhərin bir çox yerinden, polislər tərəfindən işçilərin gülləyə tutulmaq xəbəri gəlib çatdı (S.S.Axundov); AJAN (köhn.) Bir az yaşlıları isə dustaq aparan ajanlar.. “Noşəhr”in qapılarına qədər dustağı müşayiət edərdilər (M.İbrahimov); KVARTAL (köhn.) Dolanır bazan darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal (Q.Zakir); MİLİS Heydərqulunun əmri ilə milislər Qaraoğlanın meyitini öz atına sandılar (S.S.Axundov); MİLİSİONER [Biqəm Balaxanıma:] Səni alan gərək evində milisioner saxlasın (Anar).

2. polis bax polisiya

POLİMİKA
POLİSEMANTİK
OBASTAN VİKİ
Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. == Haqqında == Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
İsmayıl Tağıyev (polis)
İsmayıl Rəsul oğlu Tağıyev (29 mart 1977 – 26 noyabr 2015) — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında). == Həyatı == İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. "Zirvə" İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. İsmayil Tağıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır, 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edir. Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı (Məryəm), iki oğlu (İsa və Əliheydər) var.
Nazim Abdullayev (polis)
Nazim Abdullayev (10 noyabr 1967, Laçın – 21 aprel 1994, Horadiz, Füzuli rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Xanlar oğlu Abdullayev 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulmuşdur. Laçın rayonu 1 saylı orta məktəbdə təhsil alıb.1983-cü ildə Laçın rayon 127 nömrəli Orta Texniki Peşə məktəbinin "Kənd tikinti ustası" ixtisasını qəbul olmuş və 1986-cı ildə bitirmişdir. Peşə məktəbini bitirdikdən sonra 1986–1988-ci illərdə Rusiyanın Vladivostok şəhərində hərbi xidmət keçmişdir. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxmışdır. 1990-cı ildə Bakı Neft Kimya texnikumunun "Neft və qaz quyularının qazılması" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Öz ərizəsi ilə 04 noyabr 1991-ci il tarixində "Neft və qaz quyularının qazılması" ixtisası üzrə qiyabi şöbəyə köçürülmüşdür və könüllü olaraq müharibəyə yollanmışdır ilk öncə 811 saylı Laçın alayının tərkibində daha sonra isə Laçın rayon Polis Şöbəsinə polis nəfəri kimi Serjant rütbəsində işə qəbul edilərək döyüşlərdə iştirak etmişdir. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Kəlbəcər, Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıqla vuruşub.17 aprel 1994-cü ildə Polis Baş Serjantı rütbəsi almışdır. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək döyüş yoldaşlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.
Polis Akademiyası (Azərbaycan)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb. == Tarixi == Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. 1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.
Polis Akademiyası (film)
Polis Akademiyası (ing. Police Academy) — 1984-cü ildə kriminal komediya janrında Hyu Vilson tərəfindən çəkilən ABŞ filmi. == Məzmun == Şəhərin qubernatoru Polis Akademiyalarının artıq irq, cinsiyyət, boy, kilo və təhsil kimi ayrı-seçkiliyi etmədən polis olmaq istəyən hər kəsə açıq olduğunu bəyan edir. Bunu eşidən hər biri fərqli mühitlərdən gələn, bir-birindən maraqlı və fərqli şəxsiyyətlərə sahib insanlar Polis Akademiyasındakı seçmələrə qatılmaq üüçün Akademiyaya gəlirlər. Polis namizədləri bu vəziyyətdən son dərəcə məmnundur. Ancaq onları öyrətməklə məsul olan üstləri bu insanları necə yola gətirəcəklərini uzun müddət düşünməyə başlayırlar. Şagirdlərin hamısı, təhsillərini tamamlayıb yaxşı bir polis olaraq təhlükəsizlik təşkilatına qatılmağa qərarlıdırlar. Ancaq bəzilərinin gəliş səbəbi çox fərqlidir. Onlardan bəziləri ya akademiyaya yazılacaq, ya da həbsə girəcəkdir… == Rollarda == == Maraqlı faktlar == Filmin çəkilişi cəmi 40 günə başa gəlib.
Xüsusi Təyinatlı Polis Dəstəsi
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. == Strukturu == Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Əlahiddə Çevik Polis Alayı
Çevik Polis Alayı — Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində olan polis taktiki bölməsi. == Haqqında == Bölmənin mərkəzi Bakı şəhərində, 8 Noyabr prospekti 69 ünvanında yerləşir. 2023-cü ildən etibarən Alay komandiri, polis general-mayoru Ramil Piriyevdir. 2006-cı ilədək Çevik Polis Bölməsi Bakı Polis İdarəsinin səlahiyyətində idi. 31 iyul 2006-cı ildə bölmə ölkə səviyyəsində işləyə bilmək üçün Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. 30 sentyabr 2017-ci ildən bəri qadın polislər də xidmətə başlayıb. Çevik Polis Alayı, 2019-cu ildəki etirazlar kimi birçox etiraz aksiyasını dağıtmaq üçün istifadə olunub.
Emin Axundov (polis zabiti)
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.
Polis Akademiyası
Polis akademiyası —
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Polis şiddəti
Polis şiddəti — vəzifə və məsuliyyət səlahiyyətini sui-istifadə edən polisin tətbiq etdiyi şiddətdir. Polisin vəzifəsi əsnasında nələr edib nələri edə bilməyəcəyi qanunlar, müdiriyyətlər və tüzüklerle təyin olunar. Bu vəziyyətin xaricinə çıxan polis şiddət tətbiq etmiş deməkdir. Bəzən münferit olaraq meydana gələ bilən bu hadisə bəzəndə polis bölməsi, ya da təhlükəsizlik müdirliyi əsasında sistemli ola bilər. Hadisələrdə polisin istifadə etdiyi həddindən artıq güc üzündən zərər çəkmişlər böyük zərər görməkdədir. Polisin şiddətə söykənən tutumu üçün polisin həddindən artıq stressli bir iş etdiyi, lazımlı təhsilin alınmadığı, qanunları bilmədikləri, psixoloji dəstək ala bilmədikləri, kafi texniki dəstəyə sahib ola bilmədikləri, dolanışıq dərdi kimi səbəblərlə bu cür hadisələrə səbəb olduqları düşünülməkdədir. Bunun xaricində bəzi siyasi səbəblərlə demokratiyanı özümsəyəməmiş polislər üzündən də bu cür hadisələr yaşandığı bilinməkdədir. Bunun yanında polisin şübhəlini qorumaq üçün bir çox dəfə çətinlik yaşadığı müşahidə edilməkdədir. Bu cür vəziyyətlərdən qoruna bilmək məqsədiylə polis təşkilatı xalqla əməkdaşlığına getməkdədir.
Polis əhvalatı
Polis əhvalatı (film, 1985)
"Polis Veteranı" medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Andorra Polis Korpusu
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Polis veteranı medalı
"Polis Veteranı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Medalın Təsviri == “Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəklində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mmx42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir.
Ramiz Zeynalov (polis)
Ramiz Zeynalov (19 fevral 1951, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. === Ailəsi === Ailəlidir, 1 övladı var.
Sabir Məmmədov (polis)
[mənbə göstərin] Sabir Məmmədov (28 dekabr 1945, Kəngərli, Ağdam rayonu) — Xocalının 1-ci və sonuncu polis rəisi. == Həyat və fəaliyyəti == Məmmədov Sabir Surxay oğlu 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üç illik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi olub və dəfələrlə Həmkarlar Təşkilatının fəxri fərmanları ilə təltif olunub. 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub.
Polis əhvalatı 3: Super polis (film, 1992)
“Polis əhvalatı 3: Super Polis” (ing, Polis Story III: Super Cop) — baş rolda Ceki Çanın çəkildiyi, Stanley Tonqun rejissorluq etdiyi döyüş, komediya, detektiv janrda olan filmdir. == Məzmun == Honq Konq polisi Kevin (Jackie Chan) yenidən narahatlıqla doludur. Honq Konq və sosialist Çin polisi məkrli cani ilə mübarizə etmək üçün qüvvələr birləşdirməyə qərar verir. Və burada Kevin, bir dəfə gəlini May tətilinə göndərərək tək inkişaf etmiş sosializm ölkəsinə qaçır. Olduqca yoldaş yoldaş kimi yaraşıqlı bir polis qızı (Mişel Yeo) qəbul edən Kevin, dəstənin altına girərək, dəstə içərisinə girir, ancaq lideri pis xəbəri hiss edərək, əsəbi polis məmurlarından yaxa qurtarmaq üçün Çindən Malayziyaya qaçırKevin və yeni sevgilisi onun arxasınca qaçırlar. == Rollarda == Ceki Çan — Kevin Çen Mişel Yeo — Müfəttiş Jessica Young Maqi Çun — Mei, Kevinin sevgilisi Kennet Çan — narkotik sahibi Şaibat Yuen Va — Panther Bill Tunq — müfəttiş Billi Vonq Cozefin Ku — Şeybatın həyat yoldaşı Kelvin Vonq — Peter Filip Çan — Insp.
Polis əhvalatı 3:Super polis 2 (film,1993)
“Polis əhvalatı: Super polis 2” (超級 計劃,Police Story III:Super Cop II) — film 1993-cü ildə Ceki Çanın İştirakı ilə çəkilmişdir. Filmin rejissoru Stenli Tonq və Mişel Yodur. == Məzmun == Mükafat təqdim olunan polis məmurları Cesika Yunq və David Çenqdən sonra Çenq istefa etmək qərarına gəlir və öz biznesini açdığı Hong Konga yollanır. Gələcəkdə, ən böyük maliyyə korporasiyalarından biri olan bu şəhərdə, şirkətin aktivlərinə girişi təmin edən gizli kodların oğurlandığından xəbərdar olur. Cinayətkarların axtarışı ilə Hong Konga gedən Gənc hələ də pis adamların başında kim olduğunu bilmir.
Polis əhvalatı 3: Super polis 2 (film, 1993)
“Polis əhvalatı: Super polis 2” (超級 計劃,Police Story III:Super Cop II) — film 1993-cü ildə Ceki Çanın İştirakı ilə çəkilmişdir. Filmin rejissoru Stenli Tonq və Mişel Yodur. == Məzmun == Mükafat təqdim olunan polis məmurları Cesika Yunq və David Çenqdən sonra Çenq istefa etmək qərarına gəlir və öz biznesini açdığı Hong Konga yollanır. Gələcəkdə, ən böyük maliyyə korporasiyalarından biri olan bu şəhərdə, şirkətin aktivlərinə girişi təmin edən gizli kodların oğurlandığından xəbərdar olur. Cinayətkarların axtarışı ilə Hong Konga gedən Gənc hələ də pis adamların başında kim olduğunu bilmir.
"Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Əsasnaməsi == "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli 790-VQD nömrəli Qanunu ilə təsdiq edilib. == Təsviri == "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli 790-VQD nömrəli Qanunu ilə təsdiq edilib.
Xüsusi Təyinatlı Polis Dəstəsi (Azərbaycan)
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. == Strukturu == Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Xəzər polisifoniyası
Xəzər polisifoniyası (Polysiphonia caspica Kütz.) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemik növüdür. == Qısa morfoloji təsviri == Kolcuq 2-15 sm hündürlükdədir. Tallom qonur-qırmızı, bəzi nümunələrdə demək olar ki, qara, əsasda 0,5-1 mm, yuxarı şaxələnmələrdə 15-30 sm qalınlıqdadır. Mərkəzi oxun əsasında yan sərilmiş budaqlar-stolonlar inkişaf edir ki, bunlar azsaylı uzun və qısa dolaşıq rizoidlərə malikdirlər. Cavan cücərtilər çəngəlvari və növbəli budaqlanır; əvvəlcə uzun, qalın əsas budaqlar, sonra isə nisbətən qısa, nazik budaqlar əmələ gəlir. Yaşlı cücərtilər əsasən nizamsız budaqlanır, çoxsaylı ikinci dərəcəli əvəlcə nazik, sonradan qalınlaşmış yan budaqlarla və nazik budaqlanmış təpə hissə ilə fərqlənir. Qabıq qatı güclü inkişaf etmişdir (cavan hissələr istisna olmaqla), bütün tallomu örtür. Tallomun aşağı köhnə hissəsində mərkəzi sifonun ətrafında rizoidvari saplar inkişaf edə bilər.
Yeni polis əhvalatı (film, 2004)
Yeni polis əhvalatı (ing. New Police Story) — film 2004-cü ildə Benni Çanın rejissorluğu ilə döyüş janrında çəkilmişdi.Film Polis Hekayəsi seriyasının yenidən başlamasıdır. Film 24 sentyabr 2004-cü ildə Honq Konqda nümayiş olundu. Əvvəlki filmlərindən daha dramatik məqamlara malikdir. == Məzmunu == Honq Konq polisindən bir əfsanə olan müfəttiş Çan Qvokvin (Ceki Çan), Beş dəstə tutacağını açıq şəkildə bildirdi. Quldurlar Çan'in bütün şöbəsini pusquya alır və məhv edirlər. Şöbənin gənc işçiləri müfəttişin qarşısında acı bir ölümlə ölürlər. Müfəttişin özü isə sağ qalmış, mərhəmətdən daha mürəkkəb sadizmdən kənarda qalmışdır. Quldurların hesablanması tamamilə haqlıdır: sevinmək əvəzinə, Çan dərin depressiyaya və illik kədərə içinə qərq olur. Çan ilə birlikdə yeni bir komanda toplayan və bir daha Beşlik üçün axtarışa verildiyi qəribə işgüzar Frank tərəfindən yeni bir ortaq həyatda oyanır.
Yəhudi Getto Polisi
Yəhudi Getto Polisi (alm. Jüdische Ghetto-Polizei, Jüdischer Ordnungsdienst‎) — Üçüncü Reyx işğalı altında olan ərazilərdə almanlar tərəfindən yəhudi vətəndaşlardan təşkil edilmiş yerli polis təşkilatı. Yəhudi Getto Polisinin əməkdaşları əsasən getto və həbs düşərgələrində saxlanılan yəhudilərlə məşğul olurdu. Qurum alman polisinə yardım məqsədi ilə yaradılmışdır.
Zaman polisi (film, 1994)
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. == Xarici keçidlər == Zaman polisi — Internet Movie Database saytında.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı
"Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır. == Əsasnaməsi == "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli 790-VQD nömrəli Qanunu ilə təsdiq edilib. == Təsviri == "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2017-ci il tarixli 790-VQD nömrəli Qanunu ilə təsdiq edilib.
Graminaseius polisensis
Graminaseius polisensis (lat. Graminaseius polisensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin graminaseius cinsinə aid heyvan növü.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
Polis Akademiyası 2: Onların birinci tapşırığı
Polis Akademiyası 2: Onların ilk tapşırığı (ing. Police Academy 2: Their First Assignment) — 1985-ci ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Akademiyada məzun olan tələbələr, artıq bir polis olaraq vəzifə başındadır. Ancaq Los Anceles şəhərində çıxan hadisələr qarşısında Təhlükəsizlik Təşkilatı müvəffəqiyyət göstərməyincə Polis Akademiyasına müraciət edirlər. Akademiyanın yaşlı müdiri komandir Lassard, bundan sonra köhnə şagirdlərindən kömək istəyir... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 2 — Internet Movie Database saytında.
Polis Akademiyası 3: Məşqə qayıdış
Polis Akademiyası 2: Geri təlimə (ing. Police Academy 3: Back in Training) — 1986-cı ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Bir əyalətdə iki Polis Akademiyasının gərəksiz olduğunu düşünən Vali Neilson, məktəblərdən birinin təhsilə davam edəcəyini bildirir və Komandir Lassardın hər biri fərqli şəxsiyyətlərə sahib olan polis namizədləri ilə Komandir Mauserin qaydalara bağlı, güclü dənizçiləri arasında gülməli bir mübarizə başlayır... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 3 — Internet Movie Database saytında.
Polis Akademiyası 4: Vətəndaşlar patrulda
Polis Akademiyası 4: Vətəndaşlar patrulda (ing. Police Academy 4: Citizens On Patrol) — 1987-ci ildə kriminal komediya janrında Cim Dreyk tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Hər cür günahın bir yaşandığı Los-Anceles şəhərini quldurlardan təmizləməyə and içmiş, cəsur amma bir az qorxaq qəhrəmanlarımız, eyni zamanda da polis olmağı öyrəndikləri akademiyalarını yaşatma döyüşü içindədirlər. Yaşlı müdir Lassard, həm cinayətə qarşı daha güclü olmaq, həm də Polis Akademiyasının vacibliyini isbat etmək üçün xalqı öyrədib onları da polis təşkilatının bir parçası halına gətirmək lazım olduğunu düşünür. Bunun üçün də köhnə məzunlarını köməyə çağırır. Amma zəncisi, ağı, gülməlisi, dəlisi ilə dolu olan Los Anceles xalqını öyrətmək heç də asan olmayacaqdır... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 4 — Internet Movie Database saytında.
Polis Akademiyası 5: Mayami-Biç tapşırığı
Polis Akademiyası 5: Tapşırıq: Mayami Biç (ing. Police Academy 5: Assignment: Miami Beach) — 1988-ci ildə kriminal komediya janrında Alan Mayerson tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Seriyanın bu hissəsində qəhrəmanlar Mayamiyə bir mükafat mərasiminə dəvət olunurlar. Həm mükafat, həm də tətil üçün məşhur tətil cənnəti və turizm şəhəri olan Mayamiyə gəlirlər. Ancaq Mayamiyə gələndə hava limanında Lassard səhvən 3 milyon dollar dəyərində almaz olan çantanı alan kimi, ləl-cəvahirat oğruları arasında çaxnaşma başlayır. Çünki komandir Lassardın çantası bir ləl-cəvahirat oğrusunun çantası ilə bir-birinə qarışır. Bunun üçün Lassardı qaçırıb çantaya qovuşmaq istəyirlər və bu istədikləri kimi baş tutur. Lassard isə özünü qaçıranlar polis olduqlarını, manevr etdiklərini zənn edir və bu çox xoşuna gəlir. Buna görə oğruların işini asanlaşdıracaq məsləhətlər verir, onlara köməkçi olur və onu qurtarmaq istəyən qəhrəmanların işi də çətinləşir... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 5 — Internet Movie Database saytında.
Polis Akademiyası 6: Mühasirədə şəhər
Polis Akademiyası 6: Mühasirədə şəhər (ing. Police Academy 6: City Under Siege) — 1989-cu ildə kriminal komediya janrında Piter Bonerz tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Kriminal banda tərəfindən hazırlanan "Xaos əməliyyatı" adlı planı şəhər üçün müxtəlif fəlakətlər törədəcəklər. Şəhər əhalisinin isə bundan xəbəri yoxdur. Amma şəhər əhalisinə həmişəki kimi Polis Akademiyasının gülməli polisləri kömək edəcəkdir... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 6 — Internet Movie Database saytında.
Polis Akademiyası 7: Moskvada missiya
Polis Akademiyası 7: Moskvada missiya (ing. Police Academy: Mission to Moscow) — 1994-cü ildə kriminal komediya janrında Alan Metter tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Polis Akademiyasının gülməli polisləri bu dəfə Moskva şəhərindədirlər. Onlar Konstantin Kanalyanı tutmaq niyyətindədirlər. Konstantinin başçılığı ilə bandasına çoxlu pul qazandıran oyunu dünya ölkələrinə buraxmışdır. Ona kompüter ustası işləyir. Kompüter ustası bütün bank yerlərinə girmək üçün xüsusi proqram hazırlamışdır. Konstantini dayandırmaq üçün Polis Akademiyasının polisləri onun izinə düşməyə çalışırlar... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Polis Akademiyası 7 — Internet Movie Database saytında.

Digər lüğətlərdə