PROXY

n ixtiyar, səlahiyyət, vəkalət, hüquq; etibarnamə, vəkalətnamə; by ~ vəkalətlə, etibarnamə ilə; to appear by ~ vəkalətlə çıxış etmək; to vote by ~ etibarnamə vasitəsilə səs vermək

PROXIMITY
PRUDENCE
OBASTAN VİKİ
Ergo Proxy
Ergo Proxy (エルゴプラクシー, Eruqo Purakuşi:, azərb. Erqo Proksi‎) — kiberpank, müəmma, macəra, döyüş janrında olan, Manglobe tərəfindən istehsal olunmuş, ssenarisi Day Sato tərəfindən yazılmış, rejissoru Şuuko Murase olmuş anime serialı. Anime serialı 25 fevraldan 12 avqust 2006-cı ilə qədər WOWOW peyk şəbəkəsi ilə yayımlanmışdır və 23 seriya davam etmişdir. Hadisələr gələcəkdə baş verir: insanlar və avtoreyv androidləri birlikdə sülh içərisində yaşayırlar. Ta ki avtoreyvlərə iradə vermək qabiliyyətinə malik virus peyda olana qədər. Robotlar üsyan edirlər və bir sıra cinayətlər işləyirlər. İnspektor Riel Meyer bu işi araşdırmaq üçün işə cəlb olunur. Amma Riel işi araşdırdıqca daha qarmaşıq faktlarla tanış olur: hökumətin gizli tədqiqat planına daxil olan xüsusi humanoid növü — Proksilərlə qarşılaşır. Qnostisizm və fəlsəfədən təsirlənən anime serialı 2D rəqəmsal animasiyasının, 3D kompüter modelləşdirməsinin və xüsusi rəqəmsal effektlərin kombinasiyasından istifadə edilərək çəkilmişdir. Anime serialı Yaponiyada yayımlandıqdan sonra ABŞ-da Geneon Entertainment USA tərəfindən DVD formatında yayımlanması üçün lisenziyalaşdırılmışdır.
Java Anon Proxy
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
Ergo Proxy seriyalarının siyahısı
Ergo Proxy cizgi serialının seriyalarının siyahısı — Yaponiya anime serialı "Ergo Proxy"-nin 23 seriyasının siyahısı. "Ergo Proxy" anime serialı Manglobe tərəfindən istehsal olunmuşdur və anime serialının rejissorluğunu Şuko Murase etmişdir. Anime serialının yayımlanmasına 25 fevral 2006-cı ildə WOWOW peyk televiziyasında başlanılmışdır. Animenin ingilis versiyası Geneon Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 9 iyun 2007-ci ildə animenin ingilis adaptasiyasının ilk seriyası Fuse TV kanalından göstərilmişdir. Serialın açılış mahnısı olan və Monoral rok qrupu tərəfindən ifa olunan "Kiri" mahnısı ilk dəfə 3-cü seriyada səsləndirilmişdir. "Paranoid Android" mahnısı isə anime serialının bağlanış mahnısı olmuşdur. == Seriyaların siyahısı == == DVD == == İstinadlar == == Xarici keçidlər == Ergo Proxy seriyalarının siyahısı (anime) Anime News Network Ensiklopediyasında Ergo Proxy seriyalarının siyahısı — Internet Movie Database saytında.