QIĞILCIM
QIL
OBASTAN VİKİ
Qığılcım
Qığılcım — elektrik boşalmaları zamanı müəyyən istiqamətdə yüksək dərəcədə isinmiş və sıxlaşmış havadır və kifayət qədər yüksək elektrik sahəsində tez-tez qaz qarışıqları vasitəsilə ionlaşmış, elektrik keçirici bir kanal yaratdıqda meydana gəlir. Maykl Faradey bu fenomeni "ümumi elektrik enerjisinin axıdılmasına qatılan gözəl işıq parlaması" kimi izah etmişdi. Szikrakisülés (1)...(4) Electric spark (1)...(4). Videos on the portal FizKapu (mac.).
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-cı ildə — bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.

Digər lüğətlərdə