QIZARMAQ – AĞARMAQ Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B.Vahabzadə).
QIZARMAQ – BOZARMAQ Kişinin sifəti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev).
QIZARMAQ – SIRTILMAQ Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanbəyoğlu); Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı... (Ə.Haqverdiyev).