quotidien
raboter
OBASTAN VİKİ
Rabotniçki FK
Rabotniçki — Makedoniya Respublikasında futbol klubu. "Rabotniçki" futbol komandasının stadionu Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşir. 1937-ci ildə yaradılmış komanda əsasən keçmiş Yuqoslaviyanın ikinci divizionunda oynayıb. Komanda cəmi iki il Yuqoslaviyanın yüksək liqasında mübarizə aparıb. Makedoniya müstəqillik qazandıqdan sonra komanda ölkənin birinci divizionuna keçib. 2001-ci ildə "Rabotniçki" milli çempionatda ikinci yeri tutaraq, UEFA Kuboku uğrunda mübarizəyə qatılıb. İlk dəfə ölkə çempionu titulunu 2005-ci ildə rəsmiləşdirən Skopye komandası bir il sonra bu uğurunu təkrarlayıb. 2008-ci ildə isə üçüncü dəfə çempion olmaqla yanaşı ölkə kubokuna da sahib çıxıb.
Rabotnitsa
Rabotnitsa (rus. Работница – azərb. "İşçi qadın"‎) — Sovet İttifaqı və Rusiyada nəşr olunan qadın jurnalı, qadınlar və ailələr üçün yazılmış ən qədim rus jurnallarından biri. 1914-cü ildə yaradılmış və ilk dəfə Qadınlar Günündə nəşr olunmuş bu jurnal, ilk sosialist qadın jurnalı olmaqla birlikdə, həm də qadın dövri nəşrləri arasında ən solçu nəşrdir. Jurnalın əsasının qoyulması Lenin və ona yaxın olan bir neçə qadının adı ilə əlaqələndirilsə də, o, ilk yeddi nömrənin nəşrində iştirak etməyib. Rabotnitsa 1917-ci ilin may ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Qadınlar Bölməsi olan Jenotdel tərəfindən idarə olunan bolşevik jurnalı kimi yenidən təşkil edilmiş və qurumun mərkəzi nəşriyyat orqanına çevrilmişdir. “Rabotnitsa” 1917-ci il Rusiya inqilabının başlanğıcından etibarən Rusiyada Kommunist Partiyasının nəzdində olan rəsmi qadın nəşri kimi xidmət edirdi.