Referat
1. İlkin sənədin müxtəsər izahını əks etdirən ikinci sənəd. Referatın əsas məqsədi - izah olunan işin əsas müddəaları ilə tanış etməkdən ibarətdir. Materialın müxtəsər izahı olan referat. Təbiidir ki, ilkin sənədi əvəz edə bilməz və, adətən, referatın öyrənilməsinin əsasında ilkin sənədin tam, yaxud qismən tərcüməsinin məqsədəuyğunluğu ilə bağlı nəticələrə gəlmək olar. 2. Referatın əsas təyinatı - materialı əvəz etməkdir. Buradan aydın olur ki, referat materialın daha qənaətli vasitəsi olub onun məzmununu tam şəkildə əhatə etməlidir. Resenziyadan fərqli olaraq, referatın başlıca təyinatı, hər şeydən öncə, materialın məzmununun açılmasına xidmət etməlidir. Bununla belə, referatdada materialın ümumi şəkildə dəyərləndirilməsi arzu olunur. Referat nəzərdən keçirilən məqalə, yaxud kitabda hansı yeniliklər var, orada əksini tapan materialın xüsusiyyəti nədən ibarət olması çatdırılmalıdır. Referatın dəyəri, ilk növbədə, onunla müəyyənləşdirilir ki, orada oxucu üçün maraq doğuran orijinalın məzmunu daha dərin və geniş şəkildə açılmış olmalıdır. 3. Tam izahına görə orijinalın məzmununu əks etdirən referat informativə və indikativə bölünür; izah olunan sənədlərin kəmiyyətinə, sayına görə bu sənədlər - monoqrafik, məlumat və xülasəyə, referatda izah olunan materialın xarakterinə görə isə referat - üzərində işin ardıcıllığı. 4. Hər hansı məsələnin mahiyyətinin müxtəsər izahı. 5. Elmi işin, kitabın və s. müxtəsər şifahi, yaxud yazılı izahı. 6. Ədəbi və digər mənbələrə əsaslanan hər hansı mövzuya həsr olunmuş məruzə. 7. Mənbənin qısa, bütün toxunulan məsələlərlə bağlı hər nə varsa dəyərləndirilməsidir ki, o mənbənin qiymətləndilməəsi və referatın nəticələri ilə müşayiət olunur.