rôder

vi avaralanmaq

rocher
rôdeur
OBASTAN VİKİ
Roderik Davidson
Roderik Davidson (ingiliscəRoderic H. Davison)(23 mart 1917, 1996) – tarixçi. Roderik Davidson Prinston Universitetində tarix təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Harvard Universitetində doktorluq dissertasiyası müdafiə etdikdən sonra məzunu olduğu Prinston Universitetində tarix fənnindən dərs deyib. İkinci Dünya Müharibəsi illərində Avropada yardım quruluşlarında çalışdı , Almaniyada diplomatik bir vəzifədə çalışdı, New Yorkda vicdanı rəddçilərin iş düşərgəsində yer aldı. 46 illik təhsil həyatında Osmanlı İmperatorluğu mövzusunda mütəxəssisləşdi, Corc Vaşinqton Universitetində Avropa tarixi dərsləri verdi. 1954də professor oldu, 1986da təqaüdə çıxdı, lakin 1990ların başlarına qədər dərs verməyə davam etdi. 1994 də Corc Vaşinqton Universiteti Davidsona fəxri doktor mükafatı verdi. Osmanlıda Qərb Təsiri (1997), Qısa Türkiyə Tarixi (2004), Birinci Dünya Döyüşündə türk-İngilis Əlaqələri (2004) və osmanlı-Türk Tarixi, 1774-1923 (2004) başlıqlı əsərləri də Türkcəyə tərcümə edilən Davison, 1996-cı ildə vəfat edib.
Roderik Makkinon
Roderik Makkinon- Doğulub 19 fevral 1956 il, Berlinqton, Massaçusets, ABŞ) . — amerikalı biokimyaçı və kristalloqraf, "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı.(2003 ildə) ABŞ Milli Elmlər Akademiyasının üzvü (2000 il) . Roderik Makkinon 19 fevral 1956-cı ildə Berlinqtonda (Massaçusets, ABŞ) anadan olub. O, əvvəlcə Bostondakı Massaçusets Universitetinə daxil oldu, lakin bir il sonra elmin daha dərindən öyrənilməsi üçün Brandeys Universitetinə keçdi və burada Kristofer Millerin laboratoriyasında kalsiumun hüceyrə membranları vasitəsilə daşınmasını öyrəndi. 1978-ci ildə Roderik Makkinon Brandays Unuversitetində biokimya üzrə bakalavr dərəcəsi aldı və Tafts Universitetində tibb fakültəsinə daxil oldu. 1982-ci ildə tibb elmi dərəcəsini alsa da, həkimlik işindən narazı qaldı. 1986-cı ildə R.Makkinnon Brandays Universitetinə Millerin laboratoriyasına qayıtdı. 1989-cu ildə Roderik Makkinon Harvard Universitetində dosent oldu və burada kalium kanalının əqrəb zəhərinin spesifik toksini ilə qarşılıqlı təsirini araşdırmağa başladı. 1989-cu ildə Rokfeller Universitetində molekulyar neyrobiologiya və biofizika üzrə professorluq və laboratoriya təyinatı aldı, burada sinir sistemində və ürəkdə kalium kanallarının xüsusi əhəmiyyətinə görə kalium kanalının strukturu üzərində işləməyə başladı. 1998-ci ildə R.Makkinon və həmkarları kristalloqrafiyadan istifadə edərək bakterial kalium kanalının üçölçülü molekulyar quruluşunu əldə edə bildilər və kanalın seçiciliyini, yəni kanalın nə üçün yalnız kalium ionlarının keçməsinə imkan verdiyini, lakin daha kiçik natrium ionlarının keçməyəcəyini aşkar etdilər.