RƏNGBƏRƏNG

sif. [ fars. ]
1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan.
Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli.
Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.

2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü.
Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏNGBƏRƏNG RƏNGBƏRƏNG Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobas
RƏNGARƏNGLİK
RƏNGBƏRƏNGLİK
OBASTAN VİKİ
Rəngbərəng novruzgülü
Rəngbərəng novruzçiçəyi
Rəngbərəng novruzçiçəyi (lat. Primula heterochroma) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik kökümovlu ot bitkisidir. Yarpaqları uzunsov və ya yumurtavari-uaunsov, 3-12 sm uzunluqda, 4-5 sm enindədir. Kasacıq 8-12 m uzunluqda, çox sıxılmış, yumşaq tüklü, qabırğalı, ensiz lansetvari, sivri dişciklərə bölünmüşdür. Çiçəkləri 2,5-2,7 sm diametrində, yastı büküklü, tərs-ürəkvari dilimli, tacı bənövşəyi, sarı və ya çəhrayı rəngdədir. Toxumları çox sayda, küncvari-şarşəkili və ya yumurtavari, bütün səthləri xırda qabarıqlı, tutqun qara və ya tünd qəhvəyi rəngli, 1mm uzunluqdadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Fevral-aprel (dağlarda-may) ayları çiçəkləyir və may ayı toxumlayır.
Rəngbərəng tənbəlcüllütlər
Rəngbərəng tənbəlcüllütlər (lat. Rostratulidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə