SƏFİYAR

saf dost, təmiz dost; seçilmiş yoldaş.
SƏFİULLA
SƏFİYƏ
OBASTAN VİKİ
Aşıq Səfiyar
Aşıq Səfiyar (tam adı. Hüseynоv Səfiyаr Pаşа оğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq. == Həyatı == Hüseynоv Səfiyаr Pаşа оğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində dоğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Dаşkənddə və eləcə də Göyçə mahalında ustаd аşıqlаrdаn biri kimi tanınmışdır. 1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər Hüseynоv Səfiyаr Pаşа оğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür. == Ailəsi == Aşıq Səfiyar ailəli idi.
Səfiyar Behbudov
Səfiyar Abuzər oğlu Behbudov (14 iyun 1967, Mollalı, Bərdə rayonu – 21 mart 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı (1992), Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər. == Hərbi fəaliyyəti == 1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir.
Səfiyar Musayev
Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri. == Həyatı == Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür. 1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır. Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. 1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir. == Siyasi fəaliyyəti == Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır. Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.
Səfiyar Məmmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səfiyar Əliyev
Səfiyar Əliyev (1 may 1942, Sisian rayonu – avqust 1997, Bakı) −kimyaçı alim, AMEA−nın Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya elmlər doktoru. == Həyatı == Əliyev Səfiyar 1942-ci ildə Ermənistan SSR Sisiyan rayonunun Dəstəgird kəndində anadan olmuşdur. 1949-cu ildə Dəstəgird orta məktəbə daxil olub, oranı 1959-cu ildə bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil оlub.O, Universiteti bitirdikdən sonra, 1965-ci Ildə Azərbaycan SSR Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil olub. 1968-ci ildən EA AKİ-də mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir. 1987–97-ci illərdə "Antimikrob aşqarlarının sintezi" laboratoriyasına rəhbərlik etmişdir. 1969-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsini almaq üçün "Ditiofenol törəmələrinin kükürd əvəzləyicilərin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1991-ci ildə isə "Tərkibində azot və kükürdsaxlayan birləşmələrin sintezi və onların yağlara və soyuducu-yağlayıcı mayelərə əlavə kimi tədqiqi" mövzusunda doktorluq dissertasiyasını "Neft-kimyası" ixtisası üzrə müdafiə etmişdir.Onun rəhbərliyi ilə 2 elmlər namizədi yetişmişdir. S.Əliyev uzun sürən xəstəlikdən sonra 1997-ci ilin avqustunda vəfat etmişdir. == Elmi fəaliyyət == S.Əliyev üzvi və neft kimyası sahəsində ixtisaslaşmışdır. Onun əsas elmi-tədqiqat işləri tərkibində kükürd və azotsaxlayan üzvi birləşmələrin sintezi, onların sürtkü yağlarına, yanacaqlara və eləcədə soyuducu yağlayıcı mayelərə aşqar kimi tətbiqinə həsr edilmişdir.
Davud Səfiyarov
Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi. == Haqqında == Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi. 1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir.
Fəridə Səfiyarzadə
Səfiyarxan (Sayınqala)
Səfiyarxan (fars. صفيارخان‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (31 ailə).