SƏLXXANƏ
SƏLİBİ
OBASTAN VİKİ
Səlib Yürüşləri
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Albiqoy səlib yürüşü
Albi müharibələri və ya Albiqoy (Katar) səlib yürüşü — Lanqedok əyalətində katar təriqətinin kökündən ləğv edilməsi məqsədi ilə Roma-Katolik kilsəsinin təşəbbüsü ilə keçirilən səlib yürüşləri. Roma papası III İnnokentinin katar hərəkatının dayandırılması təşəbbüsü yerli ruhanilərə və feodallara təsir etmədikdən sonra, o silah gücünə əl atmağa qərara gəldi. 20 il çəkən bu səlib yürüşü ərzində azı 1 milyon adam öldürüldü. Albiqoy səlib yürüşü Dominikan ordeninin və inkvizisiyanın təsis olunmasında, katolik kilsəsinin bidətlə mübarizəsində güclü vasitə olmasında əsas rol oynadı. Bəzi tədqiqatçılar Albiqoy yürüşünü Avropada ilk düşünülmüş soyqırım hesab edirlər. == Müharibənin səbəbləri == XII əsrin sonlarından etibarən Fransada aparılan mərkəzləşdirmə siyasətinin gedişində şimal əyalətlərinin cənuba qarşı apardığı müharibə. Cənub əyalətlərinin iqtisadi cəhətdən çox güclü olması şimal əyalətlərinin cənubu iqtisadi cəhətdən asılı hala salmasına mane olurdu. Cənubda yayılmış, öz xüsusiyyətlərinə görə şəhərlilərin mənafeyini müdafiə edən Valdenslərlə Katarlar təriqətinin Papa III İnnokenti tərəfindən bidətçi elan olunması bu müharibənin başlanmasını daha da sürətləndirdi. == Albiqoyçular hərəkatı == Cənubi Fransa şəhərlərinin tərəqqi etmiş iqtisadi vəziyyəti və onların siyası müstəqilliyi bu şəhərlərdə ictimai ziddiyətlərin qüvvətlənməsinə və kəskin məfkurə mübarizəsinə səbəb oldu.Bu özünü cənub vilayətlərində valdenslər və katarların təriqətçı təlimlərinin yayılmasında büruzə verdi.Bu təlimlər anti-feoadal xüsusiyyətə malik idilər.12-ci əsrin ortalarında onları ümumi adla-“Albiqoyçular” (təriqətlərin baş şəhəri Albi şəhərinin adı ilə) adlandırmağa başladılar.Albiqoyçular bu dünyanı və katolik kilsəsinin özünü şeytan əməli hesab edirdilər , əsas kilsə ehkamlarını rədd edirdilər , kilsə iyerarxiyası , kilsə torpaq sahibliyi , və desyatinin ləgv olunmasını tələb edirdilər.Dini örtük halında şəhərlərin daha da inkişafına mane olan feodallara qarşı , ilk növbədə , katolik kilsəsinə qarşı mübarizə başlamışdı.Albiqoyçuların əsas kütləsi şəhərlilər idi.Lakin onlara xüsusilə hərəkatın əvvəlində , kilsənin torpaq sərvətinə göz dikən cəngavərlər və əyanlar da qoşulmuşdular.Tuluza qrafı Raymond da albiqoyçulara meyl edirdi. == Müharibənin başlanması == Kilsə hələ 12-ci əsrin 70-ci illərində təriqətin qarşısını almağa cəhd göstərdi.Lakin bu uğursuzluqla nəticələndi.Onun təsiri Şimalı Fransada , habelə bəzi Qərbi Avropa ölkələrində də hiss olunmağa başladı.1209-cu ildə Papa III İnnokenti albiqoyçulara qarşı Şımalı Fransa yepiskopları və onların vassallarının Papa nümayəndəsinin başçılığı altında “xaç yürüşü” təşkil edə bildi.Varlı cənub şəhərlərinin hesabına varlanmaq niyyətinə düşən Şımalı Fransa cəngavərləri yürüşdə həvəslə iştirak etdilər.Onlardan biri-Baron Simon de Monfor yürüşün hərbi başçısı oldu.Mərdliklə müqavimət göstərmələrinə baxmayaraq bir çox cənub şəhərləri (Bezye , Karkasson və s ) alındı və qarət olundu.Əhali isə qilincdan keçırıldı.Müre yaxınlığındakı vuruşmada (1213) xaçlılar həlledcı qələbə qazandılar.Tuluzalı Raymond yalnız Tuluza , Nim , Boker və Ajanı öz əlində saxlaya bildi , başqa şəhərlərdə isə Monfor hökmranlıq edirdi.O, həlak olduqdan sonra (1218) Cənubi tabe etmək etmək uğrunda müharibəyə fransa kralı VIII Ludovikin özü qarışdı.1224-cü ildə və 1226-cı illərin uğurlu yürüşləri nəticəsində o , Tuluza qraflığını və Aralıq dənizi sahil boyu torpaqların bir hissəsinin (1229) kral mülklərinə birləşdirdi.Cənub-qərb qraflıqları müstəqilliklərini saxladılar.
Alman səlib yürüşü
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Birinci Səlib yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Dördüncü Səlib Yürüşü
Dördüncü Səlib Yürüşü yaxud Dördüncü Xaç Yürüşü ― (1200-1204) Səlib yürüşü. Papa III İnnokenti Qüdsü qurtarmaq üçün bütün Avropanı səfərə çağırır və 1202-ci ildə Venesiyadan səfər başlayır. Səlibçilərin yürüşə başladıqda məqsədi məqsədi Misiri tutmaq, daha sonra isə oradan Qüdsə gedərək şəhəri "azad etmək" idi. Amma venesiyalılar bu səfərin məqsədini dəyişdirdilər. Səlibçilər İstanbulu ələ keçirdi və 1204-cü ildə burada Latın imperiyası qurdular.
I Səlib Yürüşü
Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular.
Uşaqların Səlib Yürüşü
Uşaqların Səlib Yürüşü — 1212-ci ildə əsasən dini təbəqələr tərəfindən müsəlmanlara qarşı qızışdırılan, qarşı çıxarılan hərbi səfərdir. Burada məqsəd müsəlmanların əlində olan Qüds və ətrafındakı müqəddəs torpaqları yenidən azad edib xristianlara qaytarmaqdır. Bu səfər Dördüncü Səlib Yürüşü ilə Beşinci Səlib Yürüşü arasındakı vaxtda Almaniya və Fransada əsasən uşaqlardan ibarət ordu qruplarının Avropanın Aralıq dənizi sahillərinə qədər piyada irəliləməsidir. Almaniyada 20.000 uşaqla "Nikolas" adlı uşağın başçılığı ilə Fransada 30.000 uşaqla "Stephen" adlı uşağın başçılığı ilə uşaqlardan ibarət ordu quru yolu ilə Avropanın Aralıq dənizi sahillərinə qədər gedirlər; sahildə Musa peyğəmbər kimi dənizin yarılıb Qüdsə yol açılmasını gözləyirlər, amma dəniz yarılmır və uşaqların bir qismi ordakı xristian ailələrlə qalırlar, bir qismi yolda aclıqdan ölür, bir qismi gəmiylə aparılarkən qəzada ölürlər və bir qismi də venesiyalı tacirlər tərəfindən Şimali Afrika sahillərinə aparılaraq qul bazarlarında satılırlar. Alman uşaq səlib yürüşünü təşkil edən "Nikolas" adında çoban uşaq idi. Bu çoban Rhinelandın bir kəndində böyümüşdü. 1212-ci ilin Paskal həftəsindən sonra Köln şəhərinin "üç Krallar" adlı yerində vaazlar verməyə başlayır. O, vaazlarında yuxusunda bir mələyin gəldiyini və müqəddəs xristian məzarlarını müsəlmanların əlindən xilas edəcəklərini, eyni zamanda Musa peyğəmbər kimi dənizin aralanacağını və onların qısa yolla Qüdsə gedəcəklərini və ordakı müsəlman ərəbləri xristian edə biləcək qabiliyyətlərinin olduğunu deyir. Tezliklə onun vaazlarına çox sayda uşaq yığılır. Nikolas 20.000 uşaq ilə yola çıxır.
Üçüncü Səlib yürüşü
Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi. Üçüncü Səlib yürüşü (1189-1192) Böyük xristian liderlərinin (İngiltərə, Fransa və Müqəddəs Roma İmperiyası) 1187-ci ildə Səlahəddin tərəfindən Qüdsü zəbt etməsindən sonra müqəddəs torpağı yenidən alma cəhdi idi. Akre və Yaffa'nın ən əhəmiyyətli şəhərlərini geri alması və Səlahəddin fəthlərinin əksəriyyətini geri alması qismən müvəffəq oldu, lakin Səlib yürüşünün və dini diqqətinin əsas hədəfi olan Qüdsü geri ala bilmədi. Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər. Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatmışdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı.
İkinci Səlib yürüşü
İkinci Səlib yürüşü — Avropada başlayan ikinci əsas xaç yürüşü. İkinci səlib yürüşü 1144-cü ildə Zəngi qüvvələrinin Edessa əyalətini işğal etməsinə cavab olaraq başlandı. Əyalət 1098-ci ildə Birinci Səlib yürüşü ərəfəsində (1096-1099) Kral Boluqne Baldvin tərəfindən əsası qoyulmuşdur. Baxmayaraq ki ilk yaranan səlib dövləti idi, həmçinin ilk dağılan səlib dövləti oldu. İkinci Xaç yürüşü Papa III Yugin tərəfindən elan olundu və Avropa krallarının (Fransa kralı VII Luis, Almaniya kralı III Konrad və bir çox başqa Avropa zadəganları) başçılıq etdiyi ilk yürüş oldu. Hər iki kralın ordusu Avropa boyu nizamla irəliləməyə başladı. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Əsas qərbi xristian mənbəsi Deuil Odoya və Suriya xristian mənbələrinə görə Bizans imperatoru I Manuel Komnenos gizlicə səlibçilərin yürüşlərinə xüsusilə Anadolu bölgəsində maneələr törətdi, iddia edilir ki, türklərin səlibçilər üzərinə hücuma keçməsini məhz imperator göstəriş vermişdi. Krallar Luis, Konrad və ordunun qalan hissəsi Yerusəlimə çatdılar və 1148-ci ildə Dəməşq üzərinə müvəffəqiyyətsiz hücuma keçdilər. Yürüş şərqdə uğursuzluğa uğradı və müsəlmanlar qalib gəldilər.
Səlib əl-Türkmən
Səlib əl-Türkmən (türk. Sılayip Türkmen, ərəb. صليب تركمان‎ və ya ərəb. صليب التركمان‎) Suriyanın şimal-qərbində, inzibati cəhətdən Əl-Laziqiyyə mühafəzəsinin tabeliyində yerləşən Əl-Laziqiyyənin şimalında yerləşən kənddir. Yaxınlıqdakı yerlərə cənubda Əl-Şamiyyə və Burc İslam, şərqdə Ayn əl-Bayda, əl-Bəhluliya və əl-Şəbatliyah daxildir. Suriya Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2004-cü il siyahıyaalınmasında Səlib əl-Türkmənin əhalisi 3466 nəfərdən ibarət idi. Sakinləri əsasən türkdilli Suriya türkmənləridir və sünni-hənəfi müsəlmanlardırlar.
İndiana Cons və son Səlib yürüşü
İndiana Cons və son Səlib yürüşü (ing. Indiana Jones and the Last Crusade) — 1989-cu ildə ABŞ-də çəkilmiş macəra filmidir. Kinonun baş rejissoru Stiven Spilberqdir. İndiana Cons və son səlib yürüşü — Internet Movie Database saytında.
İndiana Cons və son səlib yürüşü (film, 1989)
İndiana Cons və son Səlib yürüşü (ing. Indiana Jones and the Last Crusade) — 1989-cu ildə ABŞ-də çəkilmiş macəra filmidir. Kinonun baş rejissoru Stiven Spilberqdir. İndiana Cons və son səlib yürüşü — Internet Movie Database saytında.
Səlibçi dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.

Digər lüğətlərdə