Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü.
Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır.
Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.