Sərayə əl-Xorasani
Sərayə əl-Xorasani və ya Xorasan briqadası (ərəb. سرايا طليعة الخراساني, Sərayə Təli-ə əl-Xurasani; hərf. Xorasanın avanqard bölükləri), həmçinin 18-ci Briqada — Xalq Səfərbərlik Qüvvələrinin 2013-cü ildə yaradılmış şiə islamçı milisləri. İraqda ikinci vətəndaş müharibəsi və Suriyada vətəndaş müharibəsində iştirak etmişdir.
== İdeologiyası ==
Qrup adını VIII əsrdə yaşamış müsəlman lideri Əbu Müslim Xorasanidən götürmüşdür. Bu silahlı qrupun üzvləri iraqlı olsa da, onun loqosu İran İslam İnqilabı Keşikçiləri Korpusunun loqosunu təqlid edir. Onun ideologiyası şiə islamına əsaslanır və Əlinin ailəsinə işarə edir.