SADƏ

Alınma sözdür (fars mənşəlidir). Bizdə onun əvəzinə, saya sözü olub və dialektlərdə indi də işlədilir. “Qarışığı olmayan” (mürəkkəbin əksi) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SADAT
SADİZM
OBASTAN VİKİ
Sadə efirlər
SADƏ EFİRLƏR — üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə — qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Sadə islimilər
Sadə islimilər — kiçik ölçülü piçəklərin (spiralların) sonunda və böyük ölçülü piçəklərin çevrə gəzişində yerləşən butavari, sadə formalı (bəzəksiz) islimilərə deyilir.
Sadə simisifuqa
Sadə süjet
Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir. Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur. Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə. Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir: düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs; rahatlıq yaradan obyektlərin alınması; ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs; gəlin, yaxud kürəkən axtarışı; klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs. Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür. Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989 Кербелите Б.П. — Типы народных сказок.
Sadə ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Sadə qarğaotu
Sadə qarğaotu (lat. Actaea simplex) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Sadə firmiana
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Sadə qız (Buqro)
Sadə İngilis Vikipediyası
Sadə İngilis Vikipediyası ingilis dilinin əsas səviyyəsində yazılmış onlayn ensiklopediya olan Vikipediyanın ingilis dilli versiyasıdır. 18 sentyabr 2001-ci ildə yaradılmışdır. Bir çox məqalələr İngilis Vikipediyasındakı eyni məqalələrdən daha qısadır. Kimsə mürəkkəb ingilis dilində bir fikri başa düşə bilmirsə, Simple English məqaləsini oxuya bilər. 2003-cü ildə Sadə İngilis Vikipediyası səhifələr yaratmağa və dəyişikliklərə icazə verməyə başlayanda İngilis Vikipediyasında artıq 150.000 məqalə var idi. Sadə İngilis Vikipediyasında 199.206 məqalə var. Sadə İngilis Vikipediyası 2020-ci ilin dekabrına olan ən böyük 50-ci Vikipediyadır.
Sadə ədədlərin tənhalığı
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.
Sadə ədədlərin tənhalığı (film, 2010)
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.
Mehmed Sadəddin Əfəndi
Mehmed Sadəddin Əfəndi (1798, Konstantinopol – 6 avqust 1866, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1798-ci ildə İstanbulda dünyaya gəldi. XVI əsrin tanınmış tarixçisi və şeyxülislamı Hoca Sadəddin Əfəndinin nəslinin nümayəndəsidir. Atası müdərris Əbdülhəmid Əfəndidir. Atasından və dövrün mühüm alimlərindən təhsilini tamamladıqdan sonra qazı oldu və Anadolunun bir çox vilayətlərində xidmət etdi. Aydındakı xidmət illərində yerli əyanlarla yaşadığı münaqişə səbəbilə bir müddət Kütahyaya sürgün edildi. Ancaq çox keçmədən bağışlandı və Manisaya təyin edilərək uzun müddət burada xidmət etdi. 1841-ci ildə dövlətin daxilində aparılan struktur dəyişikliyi əsnasında vəzifədən alındı və İstanbula qayıtdı. Bir müddət sonra Maliyyə nazirliyində katib vəzifəsinə təyin edildi. Uzun illər müxtəlif nazirliklərin nəznində xidmət etdikdən sonra 1856-cı ildə Anadolu qazəsgərliyinə namizəd seçildi.
Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi
MƏKKİ BƏRDƏYİ — X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik. Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul- lanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbu- səyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə- həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək- mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili- yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh- məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini də o Bərdədə, öz doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get- mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu- nundan bəhs edən elm daha çox cəlb edirdi. Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə- nir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa- nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç- maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da- xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de- yildi.
Sadəcə Mariya (teleserial, 1989)
Sadəcə Mariya (isp. Simplemente Maria) — Meksikada 1989-cu ildə "Televisa" tərəfindən istehsal olunmuş telenovella. Prodüserləri Valentin Pimşteyn, Salvador Mexiya və Veronika Pimşteyndir. Victoria Ruffo — Maria Lopez de Carreno. Manuel Saval — Juan Carloz del Villar. Jaime Garza — Victro Carreno. Silvia Derbez — Matilde Carreno. Juan Carlos Serran — Roman Lopez. Adriana Parra — Rita Fernandez de Lopez. Gabriela Goldsmith — Lorena del Villar de Rivera.
Sadəcə birgə (film, 2007)
Sadəcə birgə (fr. Ensemble, c'est tout) — Fransız filmi. Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film yalnız 2007-ci ildə ekranlaşdırılmışdır. Kamilla adında cavan bir qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi bir istilik tapır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan onlar möhkəm dost olurlar.
Sadəddin Məmmədov (gizir)
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Sadəlövh realizm
Sadəlövh realizm — fəlsəfədə və gündəlik şüurda qnoseoloji mövqe, ona görə normal insanın normal şəraitdə qavradığı və ümumi qəbul edilmiş və faktlara uyğun gələn dildə təsvir etdiyi hər şey realdır. Sadəlövh realistin nöqteyi-nəzərindən reallıq onun duyğularının köməyi ilə şəxsən qavradıqları, eləcə də hissiyyatla qavranılan dünya haqqında düşündükləri və bildikləridir. Gündəlik həyatda sadəlövh realizm sağlam idrak psixologiyasına ziyan vurur, elmdə isə nəzəri anlayışların doqmatizminə və tənqidi olmayan hipostazına gətirib çıxarır. Sadəlövh elmi realizmə görə, elmi ictimaiyyət tərəfindən qəbul edilmiş nəzəriyyə tam həqiqətə malikdir, yəni təsvir olunan obyektlər sisteminin tam və dəqiq təsvirini verir. Sadəlövh realizmin alternativi hər hansı elmi nəzəriyyəni yalnız nümunəvi mənada doğru hesab edən və bilik subyektinin yaradıcı fəaliyyətini vurğulayan tənqidi realizmdir. Sadəlövh realizm nəzəriyyəsini beş inancın qəbulu kimi xarakterizə etmək olar: Maddi obyektlər dünyası var. Bu obyektlər haqqında deyilənlərin həqiqəti hiss təcrübəsinin köməyi ilə yoxlanıla bilər. Bu cisimlər təkcə qavranılan zaman deyil, həm də dərk edilmədiyi zaman da mövcuddur. Bu qavranılan obyektlər qavrayışdan müstəqildir. Bu cisimlər qavranılan zaman, hətta qavranılmayanda da müşahidə etdiyimiz keyfiyyətləri özündə saxlaya bilir.
Sadələşdirilmiş Çin heroqlifləri
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Sadələşdirilmiş Çin yazısı
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Sadələşdirilmiş Çincə
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Sadələşməyən mürəkkəblik
Sadələşməyən mürəkkəblik (ing. Irreducible complexity), içindəki parçaların hər hansı birinin çıxarılması vəziyyətində funksiyasını itirən sistemləri təyin etməkdə istifadə edilən bir termindir. Ağıllı dizayn iddialarının təməl daşlarından biridir. Organizmlərdəki bəzi sistemlərin, daha kiçik funksional vahidlərə ayrıla bilməyəcəyini, bu səbəblə təkamül keçirə bilməyəcəklərini iddia edir. Bu iddiaya görə kompleks bir orqan daha sadə quruluşlulara başqa parçalar əlavə etməklə meydana gəlməz. Kompleks bir quruluşun, bir-birindən asılı olmayan bir çox hissənin bir yerdə son dərəcə uyğun bir şəkildə işləməsi bu iddiaya mübahisəli bir şəkildə dəlil olaraq göstərilir. Biokimyaçı Prof. Michael J. Behe sadələşməyən mürəkkəbliyi bir məqaləsində belə izah edir: Sadələşməyən mürəkkəblik dedikdə nəzərdə tutduğum bir çox bir çox qarşılıqlı təsirə malik hissədən ibarət olan, bir əsas vəzifəni yerinə yetirən ya da təsir edən tək bir sistemdir. Bu cür bir sistem, tədricən, kiçik, uğurlu aparıcı dəyişikliklərlə ortaya çıxmaz. "Çünki təbii seleksiya, işləyən bir funksiyanı seçməyə əsaslanır.
Xoca Sadəttin Əfəndi
Xoca Sadəttin Əfəndi (1536[…], Konstantinopol – 1599[…], Konstantinopol) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı. 1536-cı ildə İstanbulda dünyaya gəlmişdir. Babası Şah İsmayılın müridlərindən olan, ancaq Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən İstanbula aparılan İsfahanlı Hafiz Məhəmməd, atası isə Sultan Səlimin ən yaxın adamlarından Həsən Can Çələbidir. Atasının saraya yaxınlığı səbəbilə kiçik yaşlarında mükəmməl saray təhsili aldı. Sahn-ı səman müdərrisi Qaramani Mehmed Əfəndidən və dövrün digər məşhur alimlərindən dərslər aldı. Daha sonra şeyxülislam Əbussuud Əfəndi tərəfindən məzun oldu və 1556-cı ildə İstanbuldakı Murad Paşa mədrəsəsinə müdərris təyin edildi. 1564-cü ilin mayında Bursadakı İldırım Bəyazid mədrəsəsinə, 1571-ci ildə isə Sahn-ı səman mədrəsəsinə nəql edilmişdir. 1573-cü ilin mayında Şahzadə Muradın müəllimi İbrahim Əfəndinin vəfatı ilə şahzadə müəllimi təyin edildi və Manisaya göndərildi. Bu vəzifə Sadəttin Əfəndinin həyatında dönüm nöqtəsi oldu və elm sahəsində olduğu qədər dövlət idarəsində nüfuzu artdı. Bundan sonra Xoca və ya Xoca Əfəndi olaraq məşhurlaşdı.

Значение слова в других словарях