SEA

sea1

n 1. dəniz; closed ~ örtülü dəniz (yəni bir ölkənin ixtiyarında olan); the Black ~ Qara dəniz; the Caspian ~ Xəzər dənizi; at ~ dənizdə; by ~ dəniz yolu ilə; on land and on ~ quruda və dənizdə; 2. çoxlu, külli miqdar; ~s of blood çoxlu qan; a ~ of troubles çoxlu əziyyət;

◊ mistress of the ~ (s) dəniz hökmranı, ən qüvvətli dəniz dövləti; to go to ~ dənizçi olmaq

sea2

adj dəniz; ~ air dəniz havası; a ~ battle dəniz vuruş / döyüşü; a ~ bird dəniz quşu; ~ breeze dəniz mehi

SCYTHE
SEA-FOWL
OBASTAN VİKİ
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
Four Seasons Hotel Baku
"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir. 2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranları, çay üçün Piazza Launge, Bentley Bar və Kaspia restoran-bar mövcuddur.
John R. Searle
John Rogers Searle (31 iyul 1932[…], Denver) — Amerikalı filosof. O, hazırda Kaliforniya Universitetində professor işləyir.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. == Tarix == 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
Seaborgium
Siborgium (Sg) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 106-cı element. Element SSRİ-də, 1974-cü ildə, Q.N.Flerov və əməkdaşları və praktiki olaraq eyni zamanda ABŞ-də Siborq əməkdaşları tərəfindən alınmışdır. 1997-ci ildə İUPAK bu element üçün siborgium adını təsdiq etdi. Siborq plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendeleeviumun kəşfində iştirak etmişdir; siborgium kəşf olunanda onun 85 yaşı var idi. Siborq 1999-cu ilin fevralın 25-də vəfat etmişdir.
Sean Boswell
Sean Bosvel — Forsaj franşizasından Lukas Blekin canlandırdığı uydurma personaj. Şon anası ilə Amerikada yaşayan 17 yaşlı orta məktəb şagirdidir. Şon küçə yarışlarına görə daim polis tərəfindən saxlanılır və onlar daim anası xanım Bosvellə köçməli olurlar. Nəhayət, anası Şonu atasının yaşadığı Tokioya göndərmək qərarına gəlir. Burada məskunlaşan Şon məktəbə başlayır və burada da küçə yarışlarına qatılır. Məktəbdə gördüyü özü kimi Qaycinə aşiq olan Şon buna görə də Tokioda Yakuza liderinin qardaşı oğlu Takaşi ilə düşmən olur. Takaşinin yaxın dostu Han Lue Şonla dost olur, ona drift etməyi öyrədir və müəllimlik edir. Daha sonra Şon atasının evindən ayrılıb Han Luenin qarajında məskunlaşır. Burada olarkən Takaşinin qaraja daxil olması nəticəsində, Tokio küçələrəndi avtomobilli qaçdı-tutdu başlayır və Han ölür. Hanın ölümündən sonra Şon Hanın oğurladığı pulu Takaşinin əmisi Kamata götürür və Takaşi ilə yarışmaq üçün icazə istəyir.
Seans
Seans (film, 1988)
Seans (film, 1988)
== Məzmun == Filmin müəllifləri həbs düşərgələrində olmazın əzablara məruz qalmış insanın yaddaşı vasitəsilə dəhşətli müharibənin zorakılığını göstərməyə çalışmışlar. Müəlliflər belə bir nəticəyə gəlirlər ki, insan gözəllik və xoşbəxtlik üçün yaranıb, müharibə isə insanlara əzab və müsibət gətirir. == Film haqqında == Quraşdırma çəkilişləri üsulunda yaradılmış filmdə əsasən bədii və sənədli kadrlardan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Leyla Səfərova, Firəngiz Qurbanova Rejissor: Firəngiz Qurbanova Quruluşçu rəssam: Firəngiz Qurbanova Operatorlar: Kənan Məmmədov, Rafiq İsmayılzadə Səs operatoru: Yevgeni Terexov Musiqi redaktoru: İsmayıl Dadaşov Rəssam: Elman Mirzəyev Rejissor assistenti: Zəkiyyə Mahmudova Redaktor: Ədhəm Qulubəyov Montaj edən: Rəfiqə İbrahimova (R.İbrahimova kimi) Filmin direktoru: O.Əliyev === Rollarda === Nuriyyə Əhmədova — şlyapalı qadın Davud İmanov — kişi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316.
Seans (veriliş, 2007)
== Məzmunu == Veriliş Azərbaycan kinosuna həsr olunmuşdur. == Veriliş haqqında == Verilişin efir günü şənbə günləridir.
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. == Coğrafiyası == Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. == Əhalisi == Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Searaser
Searaser — Böyük Britaniyada bir elm adamı tərəfindən icad olunan və suda işləyən pedallı hava nasosu dəniz suyu elektrikə çevirə bilir. "Searaser" adı verilən alətlə aparılan testlərdə onun yaxınlığında yerləşdirilən lampanı yandıra bildiyi sübut olundu. Bu nümunənin 13 dəfə daha böyük olması planlaşdırılır. Bu həqiqətən də suda üzən bir velisoped nasosudur. Pedal aşağı yuxarı hərəkət etdikcə, dəniz suyunu çəkib geri qaytarır. Elvin Smit hələ 10 il əvvəl üzgüçülük hovuzunda batmayan bir topla oynayarkən bu fikir ağlına gəlir. "Searaser" adı verdiyimiz bu nasosu suya saldıqda dalğa və axın vasitəsilə hərəkət edə bilir. Yarım metr dərinlik bəs edər ki, qurğu hərəkətə gəlsin. Bunu bir çəllək sovurub bir trubin vasitəsilə elektrik istehsal etmək olur. Dəniz axınıtsı iki barjanı yuxarı və aşağı hərəkət etdirdiyində nasos suyu borulardan çəkib sahildəki çəlləyə doldurur.
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. == Tarixi == Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. == İstinadlar == == Ədəbiyyat == «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Seattle SuperSonics
Seattle SuperSonics, NBA-də Pasifik Grupunda yer almış, 1967-2008-ci illərdə fəaliyyətdə olmuş, Sietl, Vaşinqtonu təmsil etmiş basketbol klubudur.
Sikorsky SH-60 Seahawk
Sikorsky S-70B/28D Sea Hawk — Sikorsky (Sikorski) tərəfindən istehsal edilən hərbi nəqliyyat və hücum vertolyotu UH-60 modelinin hərbi donanma üçün istehsal edilmiş korroziyaya davamlı gövdəyə və dəniz alətlərinə malik modelidir. Türkiyə Hərbi Dəniz Qüvvələrinə ilk paket Sea Hawk sifarişi 2002-ci ildə təslim edilmişdir. Sahə yoxlanışı, axtarış-xilasetmə, şaquli doldurma, hücum (sualtı, suüstü) və nəqliyyat imkanlarına malikdir. Su üstü hədəflərə qarşı AGM-119 Penguin MK2 döyüş raketindən və AGM-114 Hellfire başlıqlı döyüş mərmisindən, sualtı hədəflərə qarşı MK-46/50/54 torpedalarından istifadə edə bilər və malik olduğu daldırma sonarı ilə sualtı hədəfləri skan edə bilir. 2002-ci ildə Sapanca gölündə, 2014-cü ildə isə Kartepe regionunda qəza yaşamışdır. 2012-ci ildə verilmiş 12 helikopterlik ümumi təyinatlı sifarişinin 2017-ci ildə təhvil veriləcəyi gözlənilir.
Solanum seaforthianum
Solanum seaforthianum (lat. Solanum seaforthianum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum cyrrhosum Dunal Solanum kerrii Bonati Solanum prunifolium Roem. & Schult. Solanum salignum Roem. & Schult.
Swire Seabed
Transamerikalı seans
Transamerikalı seans –25 yanvar 1915-ci ildə şotland ixtiraçısı Aleksandr Qrehem Bell (Alexander Graham Bell) Nyu-York və San-Fransisko şəhərləri arasında telefon rabitəsi üzrə ilk transamerikalı seansını həyata keçirmişdir. Məhz bu gün o, kəşf etdiyi telefon aparatını nümayiş etdirmişdir. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Sealand milli futbol komandası
Sealand milli futbol komandası (ingiliscə : Sealand national football team) — heç bir ölkə tərəfindən tanınmayan mikro dövlət olan Sealand Sultanlığnın(Knyazlığnın) milli futbol komandasıdır. Sealand milli futbol komandası UEFA və FİFA üzvü olmadığı üçün Dünya Çempionatı vəya UEFA və FİFA-nın təşkil etdiyi kuboklarda oynamır. Lakin Sealand komandasının NF-Board üzvü olduğu üçün bir çox NF- Board oyununda oynamışdır.
Search engines
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.