SEHRBAZ

SEHRBAZ Sehrbaz Obçina meydanında oyun gösterdiyi zaman yığılan pulları həmişə onunla yarı bölürdü (S.Vəliyev); CADUGƏR Padşah aləmin doğrudan da cadugər olduğunu düşünüb qorxusundan bir söz demədi, vəzirin isə qorxusundan ürəyi partladı (M.İbrahimov); CADUKÜN (köhn.) [Məstəli şah:] Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukünə və sairə inanmayın (M.F.Axundzadə); CİNDAR Bu kənddənə məscid, nə cindar vardı; Ayrı etiqadla şənlik yaşardı (M.Dilbazi); OVSUNÇU Ovsunçuyam, ovsun sallam hi mara; Bənna olsan, tərki axtar, him ara (Aşıq Ələsgər); SAHİR (arx.) Oqtay: Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları (C.Cabbarlı); SEHRKAR Vahid: Sən sehrkarsan, cadugərsən, kibernetik maşınsan (M.İbrahimov); TİLSİMÇİ (nağıllarda) Tilsimçi qoca üzüyü özü üçün götürüb (Nağıl); CADUÇU.

SEHR
SEHRBAZLIQ
OBASTAN VİKİ
Sehrbaz (film, 2006)
İllüziyaçı (ing. The Illusionist) — Neil Burger tərəfindən 2006-cı ildə dram janrında çəkilmiş film. Film Stevan Milhauzerin eyni adlı qısa hekayəsi əsasında çəkilmişdir. Sehirbaz filmi XX əsrin keçid dönəmlərində Avstriya-Macarıstan imperiyasına daxil olan Vyana şəhərində fəaliyyət göstərən Sehirbaz Eyzenhaymın (Edvard Norton) başına gələn hadisələrdən bəhs edir.
Sehrbazlar dəstəsi (film, 2013)
Yalan illuziyası (ing. Now You See Me) — Fransız rejissor Luiz Leterrier tərəfindən 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Film 21 may 2013-cü ildə təqdim edilmişdir. Cessi Ayzenberq — J. Daniel Atlas, illüziyaçı və dörd atlının lideri. Mark Ruffalo — Dilan Rods, bank oğurluğunu araşdıran FTB agenti. Vudi Harrelson M erritt MakKinni, mentalist. Isla Fişer — Henli Rivs, eskapist. Deyv Frenko — Cek Uaylder, sürətli illüziyaçı. Mélanie Laurent — Alma Drey, bank oğurluğunu araşdıran İnterpol agenti. Morqan Friman — Thaddeus Bradley, sehrbazlar arasında sirrləri ortaya çıxararaq pul qazanan qoca sehrbaz.
Sehrbazların siyahısı
Bu siyahıda sehrbaz və illuziyonistlərin adları göstərilib.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Veyverli Pleysin sehrbazları
Veyverli Pleysin sehrbazları (ing. Wizards of Waverly Place) serialda Castin Russo, Aleks və Meks adındakı 3 cadugər haqqındadır. Bu bacı və qardaşlar sehrlərini istifadə etməyi öyrənmək məcburiyyətindədir. Bir gün bir yarışma edəcəklər və ən güclü olan qazandıqda gücləri onda qalacaq, digərləri güclərini itirəcəklər. Serialın finalında Cadugərlik yarışması keçirilir və ailə cadugəri Aleks Russo seçilir. Bunu da bildirək ki, serialın "Dude Looks Like Shakira " hissəsində məşhur müğənni Şakira çəkilmişdir. Bundan başqa serial bitdikdən sonra davam filmi olaraq "The Wizards Return :Alex vs Alex" filmi lentə alınmışdır. Ancaq bu filmdə Devid Henri rol almamışdır.
Veyverli Pleysin sehrbazları (film, 2009)
Veyverli Pleysin sehrbazları — 2009-cu ildə çəkilən Disney Channel orijinal filmidir.Film düşünülməmiş bir sözün insan həyatını necə dəyişdirəcəyini göstərir.Filmdə Aleks Russo özüdə bilmədən ata və anasının heç tanış olmamasını arzu edir və bu sehr baş tutur.Sehri pozmaq üçün isə o Castin və Meksdən kömək istəyir və onlar birlikdə sehri pozacaq tək qüvvə olan "Xəyallar daşı"nı axtarmağa çıxırlar. Və film bu yolda baş verən hadisələrlə davam edir.Sonda isə Aleks fəlsəfə daşı ilə sehri pozur.Filmin televizyadakı ilk primyerasını dünyada 11,4 milyon insan izləmişdir.
Veyverli Pleysli sehrbazlar (teleserial, 2007)
Veyverli Pleysin sehrbazları (ing. Wizards of Waverly Place) serialda Castin Russo, Aleks və Meks adındakı 3 cadugər haqqındadır. Bu bacı və qardaşlar sehrlərini istifadə etməyi öyrənmək məcburiyyətindədir. Bir gün bir yarışma edəcəklər və ən güclü olan qazandıqda gücləri onda qalacaq, digərləri güclərini itirəcəklər. Serialın finalında Cadugərlik yarışması keçirilir və ailə cadugəri Aleks Russo seçilir. Bunu da bildirək ki, serialın "Dude Looks Like Shakira " hissəsində məşhur müğənni Şakira çəkilmişdir. Bundan başqa serial bitdikdən sonra davam filmi olaraq "The Wizards Return :Alex vs Alex" filmi lentə alınmışdır. Ancaq bu filmdə Devid Henri rol almamışdır.
Sehrbazlıq
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.

Digər lüğətlərdə