Bertalan Semere
Bertalan Semere (mac. Bertalan Szemere; d. 27 avqust 1812, Vatta, Avstriya imperiyası – ö. 18 yanvar 1869. Peşt, Avstriya-Macarıstan imperiyası) — Macarıstan şairi və Macarıstan krallığının III baş naziri.
== İlk illəri ==
Semere Vattada kasib ailənin övladı olaraq dünyaya gəlmişdir. Atası Major Laslo Semere, anası Erzsebet Karove olmuşdur. Təhsilini Miskolc, Kesmark və Sarospatak şəhərlərində almışdır. Şerə maraq duyan Semere gənc yaşlarında "Felső-Magyarországi Minerva" ("Yuxarı Macarıstan Minerva") adlı əsərini nəşr etdirmişdir.
Ferens Kölcsey və Mihaly Vörösmartydən təsirlənmişdir.