SEZEN

sezən, hiss edən, duyan.
SEYRƏXANIM
SEZGİN
OBASTAN VİKİ
Melis Sezen
Melis Sezen (d. 2 yanvar 1997, İstanbul) — Türk aktrisa. Melis Sezen, 2 yanvar 1997-ci ildə İstanbulda anadan olmuşdur. Qoç Universiteti məzunudur.
Sezen Aksu
Sezən Aksu (13 iyul 1954, Sarayköy, Dənizli vilayəti) — Türkiyə müğənnisi, bəstəkarı və söz yazarı. 2010-cu ildə adı Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır. Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur. Hər iki valideyni müəllim olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum" demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi.
Sezen Aksu'88
Sezen Aksu'88 — Sezən Aksunun 1988-ci ildə çıxardığı səkkizinci studiya albomudur. Sezen Aksu'88 ən yaxşı Türk musiqisi albomlarından biri olaraq qəbul edilir Bu albomda türk pop musiqisi müğənniləri olan Aşkın Nur Yengi, Harun Kolçak, Fahir Atakoğlu kimi adların vokalları var. Ayrıca Mətn Altıok'un şeirinə Onno Tunç'un bəstəsi ilə "Kavaklar" iştirak etməkdədir. 1988-ci ildə albom təqdimatı üçün TV1'de, Sezen Aksunun albomdakı mahnılarının yarısının söylədiyi bir mini canlı performans sərgilənmişdir. Bu performans görünüşləri, mahnıların klipləri yerinə istifadə edilmişdir.