Stylodipus telum
Stylodipus telum (lat. Stylodipus telum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin ərəbdovşanlar fəsiləsinin stylodipus cinsinə aid heyvan növü.
Bu növün sinonimiyasına daxil olan Dipus halticus (Brandt, 1844) adının nomenklatura statusu yoxdur. Allactaga (Allactaga sibirica Forster) formalarından birinə istinad edərək Dipus halticus Illiger, 1825 adının səhv istifadə edilməsini təmsil edir.
Bu canlılar əsasən Çin, Qazaxıstan, Türkmənistan, Ukrayna, Özbəkistan və Rusiya ərazisində yaılmışlar. Rusiyanın Don çayı hövzəsində yerləşən qumluqlarda, Qərbi Xəzərönündən Zaysan dağ arası çökəkliyinə və İrtış çayının sağ sahilinə qədər ki, ərazilərdə görülürlər.
Bu canlıların uzunluğu 9–12 sm, arxa ayaqlarının uzunluğu isə 4,6–5,1 sm təşkil edir. Başı yuvarlaq, ağız qısaldılmış formadadır. Qulaqları nisbətən kiçikdir. Arxa ayaqları üç barmaqlıdır.