SULTANİYYƏ

sultanlara, hökmdarlara məxsus, sultanlar.
SULTANXANIM
SULTANNİSƏ
OBASTAN VİKİ
Sultaniyyə
Sultaniyə (fars. سلطانیه‎) — İranın Zəncan ostanının Sultaniyə şəhristanının mərkəzi şəhəri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,684 nəfər və 1,649 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1256-1357-ci illərdə Azərbaycanda hakimiyyətdə olan Elxanilər özlərinə aid olan yerlərdə bir sıra dəyərli binalar qurmağa başladılar. Onlardan biri də Zəncan şəhərinə yaxın Sultaniyyə çəmənliyində qurulan binadır. Bu bina bir neçə məqsədlə tikilmişdi. Binanı təşkil edən hissələr haqqında danışaq. Sultaniyyədə böyük bir bazar var imiş. Dünyanın hər tərəfindən gələn məhsullar burada alınıb-satılarmış.
Qaleyi Sultaniyyə müqaviləsi
Qaleyi Sultaniyyə müqaviləsi və ya Çanaqqala müqaviləsi - Osmanlı-İngilis müharibəsinin nəticəsi olaraq 5 yanvar 1809-cu ildə, Osmanlı imperiyası ilə Birləşmiş Krallıq arasında imzalanmış sülh müqaviləsidir. Müqaviləyə Osmanlı tərəfini Mehmed Emin Vəhət Əfəndi, Birləşmiş Krallığı isə Robert Adair təmsil etmişdir. 12 maddədən ibarət olan bu müqaviləyə görə Birləşmiş Krallıq işğal etdiyi torpaqları Osmanlı imperiyasına geri verəcəkdi. Osmanlı ərazisində olan və müharibə vaxtı malları müsadirə olunan Britaniyalı tacirlərin malları geri qaytarılacaqdı. Müqavilənin IV maddəsi 1675-ci ilin sentyabrında Birləşmiş Krallıq ilə Osmanlı imperiyası arasında imzalanmış olan və daha əvvəlki Britaniya imtiyaz və kapitulyasiyalarının xülasəsi olan müqavilənin keçərli olduğunu bildirirdi. Buna əlavə olaraq V maddədə Birləşmiş Krallığın da öz sərhədləri içində ticarət edəcək olan Osmanlı gəmilərinə və tacirlərinə əlverişli şərait təmin edəcəyi bildirilirdi. VI maddədə Osmanlı imperiyasının müəyyən etdiyi gömrük həddinin Britaniyalı tacirlər tərəfindən qəbul ediləcəyi bildirilirdi. VII, VIII və IX maddələri diplomatik təmsil edilmə sahəsinə aid idi. Elçilərə qarşılıqlı olaraq hörmət göstəriləcək, Osmanlı dövləti öz təbəələrinin haqlarını qorumaq üçün Malta daxil olmaqla, Birləşmiş Krallıq hakimiyyətində olan torpaqlara şəhbəndər (konsul) göndərə biləcəkdi. Birləşmiş Krallığın Osmanlı torpaqlarındakı diplomatik nümayəndəliklərində tərcüməçi göndərməsi Osmanlı imperiyasının verəcəyi icazədən sonra münkün ola bilərdi.