Beynəlxalq Tərcüməçilər Federasiyası
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir.
== Məqsədlər ==
BTF-nin məqsədləri aşağıdakılardır:
•Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq
•Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək
•Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək
•Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək
•Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək
•Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək.
== İdarəedici orqan ==
BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində "Şura" üzvlərini seçir. Şura isə 3 il müddətinə "İcraedici Komitə"ni səs vermə yolu ilə təyin edir.