TALMUD

is. qəd. Yəhudilərin ehkamçı, dini-etik və hüquqi müddəalarının külliyatı.
TALK
TALÓN
OBASTAN VİKİ
Talmud
Tövratı təfsir edən alimlər-ravvinlər yəhudi xalqının həyatında mühüm rol oynadılar. Onlar Tanahı (Tövrat) təfsirlə sadə camaata izah edirdilər. İnsanlar müxtəlif məsələlərlə bağlı ravvinlərə müraciət edir, onlardan gündəlik problemlərlə bağlı məsləhət alır, Əhdi-Ətiq müəllimləri isə öz növbəsində, yaranmış məsələlərə uyğun hökm çıxarırdılar. Bu hökmlər, qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə, şifahi ənənənin yazıya alınması zərurəti yarandı. Çünki hər gün məhkəmələrdə nikah, təsərrüfat və s. bu kimi məsələlərlə bağlı yüzlərlə iş qaldırılırdı; təəssüf ki, bunlara dair Əhdi-Ətiqdə heç bir şey deyilmirdi. Bunu nəzərə alan ravvinlər, Yəhudi dininin gələcəyini düşünərək, Tövratın nəsildən-nəsilə keçən təfsirini və izahını yazıya aldılar, nəticədə çoxcildli külliyat meydana gəldi. Qələmə alınan bu külliyyat Talmud adlandırıldı. Talmud ibranicə "təlim" deməkdir.

Digər lüğətlərdə

-и-(ть-ся) безвку́сно вибра́нт джентльме́нствовать поры́вистый та́ры-ба́ры тройно́й хру́пкость вдре́безги дворо́вый дельтапланери́ст диагра́мма евангели́стка кержа́нка неконкурентоспосо́бность обличи́ть мята творог Billy femme fatale melanism radio telescope scrids оторачивать перекрывать