TİTRƏTMƏLİ

sif.
1. Titrətmə (malyariya) xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı.
…Titrətməli adamlar kimi dişləri bir-birinə dəyə-dəyə pəncərənin altında çömbəltmə oturdu. Ə.Abasov.

2. Titrətmə xəstəliyi mənbəyi olan, titrətmə-qızdırma xəstəliyini yayan.
Bağ salır keçmişin məkan tutduğu; Sarı, titrətməli göllərdə gürcü. M.Müşfiq.

TİTRƏTMƏQOVAQ
TİTRƏYİŞ

Digər lüğətlərdə