TOQQALANMAQ

f.
1. Belinə toqqa (qayış, kəmər) bağlamaq.
[Əlisgəndər] köynəyini geyib toqqalandı. Ə.Vəliyev.
[Milis müvəkkili] şıq geyinmişdi, sığallanıb toqqalanmışdı. B.Bayramov.

2. Bir şeyi ortasından toqqa, qayış və ya iplə bağlamaq.
[Rizvanın] ortadan toqqalanmış ( f.sif. ) çamadanını Nənəqız darvazanın ağzında əlindən alıb boynunu qucaqladı. S.Rəhimov.

TOQQALANMA
TOQQALI

Digər lüğətlərdə