TƏPİLMƏK₂


1. f. Soxulmaq, zorla girmək, dürtülmək, özünü soxmaq. Uşaq anasının qucağına təpildi.
[Sara] vaxsey, ciyərin yansın! Kişi bilər, – deyə, evə təpildi. Mir Cəlal.
[Arvad] üstünə işıq düşən toyuq hininə təpildi. B.Bayramov.

2. məch. Çətinliklə torbaya, yeşiyə və s.-yə qoyulmaq, basılmaq, dürtülmək, doldurulmaq.
Təpilir bir yanda tumac xurcuna; Qənaət etmirlər qaçaqlar buna. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏPİLMƏK 1. TƏPİLMƏK, BELLƏNMƏK 2. təpilmək bax dürtülmək
  • TƏPİLMƏK dürtülmək — soxulmaq — girmək
  • TƏPİLMƏK yığılmaq — sıxışmaq

Etimologiya

  • TƏPİLMƏK “Özünü harasa (tünlüyə, camaat arasına) soxmaq” deməkdir. Məncə, təpik (zərbə mənasında) sözü ilə qohumdur: başqalarını təpikləmək, aralamaq yolu ilə
TƏPİLMƏ₂
TƏPİLMƏK₁

Digər lüğətlərdə